Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

7. Ruhani Məhfilin Xəzinədarının Rolu

və Mənim Zərfim

Əmrin Vəlisi sizin Ruhani Məhfilinizə məsləhət görərdi ki, fövqəladə bir zərurətin olub-olmamasından asılı olmayaraq, milli fonda müntəzəm ianə verməyin vacibliyini inananlara çatdrımaqda davam etsin.

Həzrət Şövqi Əfəndi

Vəsait yığmaq üçün yığıncaqlarda həqiqi fədakarlıq ruhu hökm sürərsə, belə yığıncaqlara icazə verilir; dinləyicilərin vəcdə gətirilərək ianə vermələri üçün qaragüruh prixologiyasından istifadə edilməsinə qətiyyən yol verilmir. Dostlara heç bir təzyiq vasitəsindən istifadə olunmamalıdır, psixoloji təzyiq də bu qəbildəndir.

Həzrət Şövqi Əfəndi

 

“Çağlayan Çeşmə”nin ötən buraxılışı “Dostların Bəhai ianələri ilə bağlı ruhani prinsiplər barədə maariflədirilməsi hər bir Yerli və Milli Ruhani Məhfilin birbaşa və qaçılmaz məsuliyyətidir”. Ruhani maariflənmə ilə məcburiyyət arasında incə sərhədin keçilməsi qorxusunun “bəhai ianələri ilə bağlı ruhani prinsiplər” əsasında icmanın təhsil almasında xəzinədarların işini xeyli çətinləşdirən əngəllərdən birinə nə cür çevrilə bilməsi müzakirə edilmişdir. Eləcə də biz Həzrət Şövqi Əfəndinin bu əngəllə mübarizə üçün təsirli əsas təklif etdiyini öyrəndik. 

...ümumi xarakterli, səliqəli ifadə olunmuş və təmkinli tərzə malik çağırışlar hər bir şəraitdə bəyənilsə də, [bununla belə] Əmrin təbliği üçün verilən ianənin təbiəti, miqdarı və məqsədi barədə qərar bütünlüklə hər bir inananın öz ixtiyarına buraxılmalıdır.

Həzrət Şövqi Əfəndi

 

Bu buraxılışda biz bəhai icmasında maarifləndirici müraciətlərin uğurla həyata keçirilməsində Ruhani Məhfilin xəzinədarlarına mane olan digər üç maneəni araşdırmaqla davam edəcəyik. Bunlardan birincisi “bilik” çatışmazlığıdır. Bəhai ianələrinin ilahi hikmətinin sirlərini açan səyahət uzun ola bilər, xəzinədar qismində seçilmiş şəxsə isə Bəhai fondları haqqında Yazılarla tanışlıq üçün uzun yol keçmək lazım gələ bilər. Nəticədə xəzinədar fədakar ianələrin möcüzəli ilahi təyidlərini kifayət qədər dərindən başa düşməyə bilər. Bu cür hallarda xəzinədar icma ilə bəhai sitatlarını paylaşmaq üçün qaxdıqda o, istər-istəməz bu məsələ üzrə əminliyinin olmamasını göstərir. Bu məsələdə şəxsi dərinləşmənin olmamasından əlavə xəzinədar özü Fonda səxavətli, fədakar, müntəzəm və hamılıqla ianə verilməsi prosesində iştirak etmədiyi zaman ianələrin mistik cəhətləri barədə səmimi danışmaq onun üçün çətin olur. 

Kitab-i-Əqdəs - Bəhailər üçün Ən Müqəddəs Kitab

Siz elə zənn etməyin ki, Biz sizə sadəcə hökmlər nazil etdik. Yox, Biz qüdrət və qüvvət barmaqları ilə möhürlənmiş kuzənin ağzını açdıq.

Həzrət Bəhaullah

Suyun altında üzməyi öyrənməzdən əvvəl mən adəti üzrə okeanın qarşısında oturar və onun gözəlliyindən və açdığı mənzərədən zövq alardım. Bu məni o qədər təsirləndirmişdi ki, mən gənc yaşlarımda bu barədə hətta şeir də yazmışdım. Lakin məni həmişə onun səthinin altında nə gizləndiyini bilmək maraqlandırırdı. Mən suyun altında üzmək üçün lisenziyamı aldıqda özüm üçün yeni bir dünya açmış oldum. Dənizin dibi mənim nə vaxtsa okeanın üzərindən baxıb təsəvvür etdiyimdən daha gözəl idi. Bütün rəng və ölçülərə malik dəniz həyatı mehriban, ovsunlayıcı və eyni zamanda müəyyən qədər sakit idi. Mən hiss edirdim ki, milyonlarla balıq məni öz dünyalarına məhəbbətlə qəbul edir. Ahənglə və dalğın halda düşünərək və parlaq mərcanlara baxaraq tünd mavi sularda üzdüyüm zaman mənim gözlərimə okeanın nə vaxtsa hətta heç düşünə bilmədiyim sirrləri açılırdı. 

Əvvəllər mən okeana sahildən baxmağı üstün tutardım. Buna görə də öz şeirlərimdə mən okeanı dalğalı və coşqun təsvir edirdim və onun dağılan dalğalarının suyu havada necə duman zərrəciklərinə çevirdiyini qeyd edirdim. Lakin dayvinq üzrə təlimatçım mənə dənizin dibinə baş vurmağı öyrətdiyi və buna əminlik verdiyi zaman mən anladım ki, dalğaların qorxusu bütün bu illər ərzində məni dəniz həyatının gözəlliyini duymaq imkanından məhrum etmişdir. Coşqun səthdən fərqli olaraq dənizin içində hər şey yavaşıdılmış hərəkətdə baş verir. Orada hər şey aram və sakitdir; su həyatı ehtiyatla istiqamətləndirir və dünya formalaşdırır. 

 

Mənim üçün Ruhani Məhfilin xəzinədarı dayvinq üzrə təlimatçıya bənzəyir və o, Müqəddəs Yazıların köməyilə inananları “onlara ilahi hikmət okeanının sirlərinin açıla bilməsi üçün” ona baş vurmağa əminliklə ruhlandırmalıdır. Xəzinədar özü də dalğıc olmalıdır və Bəhai fondu haqqında təlimlər barədə öz anlayışını tətbiq etməkdə və artırmaqda birinci olmalıdır. O, bunu yalnız təlimləri sadəcə olaraq qanunlar külliyatından daha böyük bir şey kimi nəzərdən keçirməklə edə bilər; əslində o, bunlara elə bir bəxşiş kimi baxmalıdır ki, o, açıldıqda qiymətsiz xəzinə aşkar edir. Müqəddəs Ayəni “sadəcə qanunlar külliyatı” kimi təqdim etmək okeanın yalnız səthini görmək təsvirinə bənzəyir. 

Mənim sözlərimin dəryasına qərq ol ki, onun sirlərini açasan və onun dərinliklərində gizlənmiş hikmət gövhərlərini tapasan... Bu Allahın dəyişməz dinidir, keçmişdə əzəli, gələcəkdə əbədi. Qoy axtaran kəs ona yetişsin; axtarmaqdan imtina edənə gəldikdə isə — həqiqətən, Allah Özü-Özünə Kifayətdir və yaratdıqlarına hər hansı bir ehtiyacdan ucadır.

Həzrət Bəhaullah

 

Allahı okeanına baş vurma bizə Onun ilahi hikmətini açmağa imkan verir. Həzrət Bəhaullahın qeyd etdiyi kimi, o, və yalnız o, Allah yolunda ianə verdiyimiz zaman bizim diqqət mərkəzimizdə olmalıdır. “Doğru yaşam tərzinin sirrini” aşmaq üçün hər şeydən tamamilə uzaqlaşmaq lazımdır. Bəhaullah buyurur: “Qoy axtaran kəs ona yetişsin”. Mən öz həyatımda çoxlu sayda insanlara rast gəlmişəm ki, onlar Allah yolunda ianələrini xəzinədarın davranışından asılı olaraq verirlər. Biz öz fikirlərimizdə səmimi olmalıyıq və bu faktı qəbul etməliyik ki, xəzinədar da bizim hamımız kimi öz şəxsi səyahətini keçən sadə bir insandır. Diqqəti xəzinədara cəmləmək bizə Müqəddəs Yazılar okeanına baş vurmaq imkanı verməyəcəkdir. Bunun yerinə biz öz diqqətimizi Həzrət Bəhaullah ilə münasibətlərimizə yönəltməliyik. 

Diqqəti xəzinədarın qüsurlarına deyil, Həzrət Bəhullah ilə şəxsi münasibətə yönəltməyin on qat artıq təyid cəlb edə biləcəyini nümayiş etdirən Qərbdəki bir varlı bəhai icması haqqında maraqlı hekayəni nəzərinizə çatdırırıq. Uzun illər ərzində həmin icma Bəhai mərkəzi üçün daşınmaz əmlak almağa pul yığırdı. Dostların ümumi iştirakı sayəsində vəsait yığımı üzrə tədbirdə böyük məbləğdə pul toplanırdı. Allah hər zaman öz bəndələrini sınaqdan keçirməyə hazır olduğundan vəsaitlərin yığılmasından sonra xəzinədar ağlasılmaz bir addım atır və nağd pulları götürüb qaçır. Necə fikirləşirsiniz - Həzrət Bəhaullahın bu icmaya cavabı nə oldu? Orada bəhailərlə nə baş verdiyini düşünürsünüz? Fikirləşə bilməyiniz üçün sizə bir neçə variant təklif edəcəyəm:  

a) İcma olduqca kasıblaşdı, xəzinədar isə bu vaxt zəngin və xoşbəxt həyat sürürdü;

b) Bəhailər sarsıldılar və onların çoxu Əmri tərk etdi;

c) Xəzinədara etibar itdiyindən heç kim daha Bəhai fonduna ianə vermədi;

d) İcma heç vaxt Bəhai mərkəzi ala bilmədi;

e) Həzrət Bəhaullah oğurluğa görə icmanı cəzalandırdı;

f) Allah səxavətli ianə vermə prosesinə inamına görə icmanı mükafatlandırdı! 

 

Aydındır ki, icma məyus olmuşdu, lakin bu hadisə öz diqqətlərini xəzinədarın əməlinə deyil, Həzrət Bəhaullahla münasibətlərinə cəmləməklə onları Bəhai fonduna ianə verməkdən çəkindirmədi. Hadisələrin müəmmalı dönüşü ilə iş belə gətirdi ki, inananlardan biri bəhai icması üçün çox milyonluq mülkünü ianə verdi. Keçid dövründə onlara kömək üçün icmaya yeni mərkəz əldə etmək xoşbəxtliyi nəsib olmuşdu, lakin onlar özlərinin bütün tələblərini təmin edəcək digər mərkəz üçün ianə verməyə davam etdilər. İanələrdə hamılıqla iştirak prinsipinə əsaslanmağa davam etməklə icma torpaq sahəsi ala bildi, qısa bir müddət ərzində isə bu torpağın qiyməti on dəfə artdı. Hazırda icma ilk vaxtlar topladığı məbləğdən əhəmiyyətli dərəcədə artıq qiyməti olan iki mərkəzə malikdir. Xəzinədarın qüsurları Allah yolunda səxavətlə və fədakarcasına ianə verən insanlar üçün təyin edilmiş ruhani təyidlərə açıq-aydın mənfi təsir göstərə bilmədi, çünki onlar xəzinədara deyil, Həzrət Bəhaullaha verirdilər. İnanan büsbütün xidmətə baş vurduğu zaman, bu okean ona öz sirrlərini açır. 

 

İnanaların maarifləndirilməsində xəzinədara mane ola biləcək daha bir əngəl kreditor-debitor qavrayışıdır. Bu cür təfəkkürə malik xəzinədarlar çox fədakar və zəhmətsevər olurlar, lakin onların yeganə hədəfi inananların qəlblərinin tərbiyə edilməsində deyil, Ruhani Məhfilin maliyyə məqsədlərinə nail olmaqdan ibarətdir. Buna görə də, ianələr az olanda onlar vəsaitlərin həcminin çoxalması üçün marketinq strategiyası işləyib hazırlayırlar, lakin bu, heç də hökmən səxavəliliyin, fədakarlığın və iştirakın artırılması üçün deyildir. Məqsədlərə nail olunmadıqda onlar özlərini günahlandırırlar; nağd pul vəsaitləri qoyulmuş məqsədi keçdikdə isə onlar özlərini elə hiss edirlər ki, sanki tapşırığı uğurla yerinə yetirmişlər. Bununla belə, onlar inananların ruhani inkişafına kömək edib-etmədiklərinə diqqət yetirmirlər. Bir dəfə mən bu cür təfəkkür tərzinə malik enerjili və emosional bir xəzinədara rast gəldim, o, böyük məbləğdə vəsait verdikləri zaman iştirakçılara lütfkarlıqla təşəkkürünü bildirirdi. Bir dəfə onun bir ailəyə işarə edib “Sayələrində öz məqsədlərimizə nail olduğumuz dostlar sağ olsunlar” deməsi xüsusilə pis alındı.  

Treasurer's eagerness to win the financial goals of the Assembly

 

...Vəsait yığmaq üçün yığıncaqlarda həqiqi fədakarlıq ruhu hökm sürərsə, belə yığıncaqlara icazə verilir; dinləyicilərin vəcdə gətirilərək ianə vermələri üçün qaragüruh prixologiyasından istifadə edilməsinə qətiyyən yol verilmir.

—Həzrət Şövqi Əfəndi

Dostların Əmrin Fondlarına ianə verməsi kimi müqəddəs öhdəliyinin tacı hər bir Yerli və Milli Ruhani Məhfilin birbaşa və qaçılmaz məsuliyyətidir ki, onları Bəhai ianəsi ilə bağlı ruhani prinsiplər barədə maarifləndirsin.

Ümumdünya Ədalət Evi

Milli Ruhani Məhfil mütəmadi olaraq dostlara müraciət etməkdə nə sıxıntı hiss etməli, nə də utanc çəkməlidir ki, onları öz imanlarını və Əmrə sədaqətlərini onun üçün fədakarlıq etməklə təcəssüm etdirməyə çağırsın və onlara xatırlatsın ki, onlar öz fədakarlıq əməlləri sayəsində ruhani cəhətdən inkişaf edəcəklər və yoxsulluq qorxusu onları Fonda ianə verməkdən çəkindirməməlidir, bütün nemətlərin və bütün zənginliyin Mənbəyinin yardım və bərəkəti bitməz-tükənməz və etibarlıdır.

—Ümumdünya Ədalət Evi

Bu Ruhani Məhfillər inananlara Fondlar barədə danışmaqda nə tərəddüd etməli, nə də qətiyyətsizlik göstərməlidir. Bu dostlar kütləvi təbliğ ərazilərində ... Bəhai icmasının tam və bərabər hüquqlu üzvləridir; onlar öz təyidlərini və məsuliyyətlərini bilməlidirlər... Allaha və Onun Əmrinə xidmət hər bir həqiqi inananın həyatının mahiyyətidir və Fonda ianə vermək belə bir xidmətin ən zəruri cəhətidir.

Ümumdünya Ədalət Evi

...Əmrin Vəlisi sizin Ruhani Məhfilinizə məsləhət görərdi ki, fövqəladə bir zərurətin olub-olmamasından asılı olmayaraq, milli fonda müntəzəm ianə verməyin vacibliyini inananlara çatdırmaqda davam etsin. Doğrudan da, bu fonda davamlı ianə axınından başqa heç nə Əmrin təsisatlarının inkişafının hazırda qaçılmaz surətdə çox asılı olduğu maliyyə stabilliyni təmin edə bilməz.

Həzrət Şövqi Əfəndi

 

Xəzinədar vəzifəsinə və adına bağlılıq, vəsait yığımı, zərflərin hesablanması və diqqətin hesabatlılığa cəmlənməsi tədricən xəzinədarı marketinq üzrə menecerə və ticarət nümayəndəsinə çevirir. Xəzinədar hiss edə bilər ki, Ruhani Məhfil tərəfindən qoyulmuş illik maliyyə məqsədlərinə nail olunmasında o, güclü təzyiq göstərir, hərçənd Fondun Ruhani Məhfil tərəfindən qoyulmuş məqsədlərinə nail olmaq onun öhdəliyi deyildir, bu bütün icmanın borcudur ki, ona hamılıqla və müntəzəm ianələrin ruhani prinsiplərini öyrətmək lazımdır. Əgər xəzinədar əsas diqqəti marketinqə deyil, maariflənməyə yönəldirsə, bu zaman Ruhani Məhfilin illik məqsədlərinə düzgün ruhda nail olunacaqdır. 

 

Xəzinədarın dostları açıq və sərbəst şəkildə maarifləndirməsinə mane ola biləcək üçüncü əngəl Ruhani Məhfil tərəfindən plansızlıq ola bilər.  Bəzən xəzinədar tək buraxılır və o, maariflənmə proqramını nə cür qurmaq və həyata keçirməyə dair istiqamət, təlimat və ya dəstək almır. Ruhani Məhfil xəzinədarın yolundakı bu maneələri aradan qaldırmağa kömək etməlidir. 

Səyahət davam edir...

 

Növbəti bölüm: Ruhani İmtiyaz ...

This site is administered by the National Spiritual Assembly of the Bahá'ís of Azerbaijan.  The material presented here was first published in 2001 through 2006.  For questions regarding this site kindly 

contact us at:  AzerbaycanBahaiIcmasi@gmail.com

© All rights reserved