top of page

Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

Səxavətliliyin

Elmi

Səxavətlilik Nədir?

Deyirlər ki, insan eyni zamanda həm yaxşı, həm də pis keyfiyyətlərlə yaradılmışdir. Bəhai yazılarında bu ikili cəhət fərqli təsvir edilir - əslində pis öz-özlüyündə mövcud deyildir, o, yaxşı keyfiyyətlərin yoxluğunun nəticəsidir. Bizim həyatdakı məqsədlərimizdən biri ömrümüz boyu öz keyfiyyətlərimizi şüurlu və məqsədyönlü səylər vasitəsilə kamillik məqamına doğru inkişaf etdirmək və bir gün o biri dünyaya köçdükdə pak və parlaq xarakterə malik olmaqdır. İnsani keyfiyyətlər arasında “səxavətlilik” adlanan bir keyfiyyət vardır ki, biz ona nadir hallarda diqqət ayırırıq. İctimai qavrayışda səxavət çox vaxt anadangəlmə keyfiyyət kimi qəbul edilir və insanın ya səxavətli, ya da xəsis kimi doğulması nəticəsinə gətirib çıxarır. Lakin, Notr-Dam Universiteti tərəfindən dərc edilən tədqiqatlara görə, “Səxavət xarakterin qazanılan əlamətidir və o özündə həm münasibəti, həm də əməli birləşdirir”. İnsan səxavətli olmaq potensialı ilə doğulur, çünki bu bir ilahi keyfiyyətdir ki, həyat boyunca inkişaf etdirilməlidir, lakin bizim bugünki cəmiyyətdə insanlar “səxavət”ə inkişaf üçün real şans vermək istəmirlər. Heç kim daha səxavətli ola biləcəyi barədə fikirləşməyə vaxt ayırmaq istəmir və bu mövzu barədə heç bir ictimai debat yoxdur.

Elmi Tədqiqat

Kompüter texnologiyaları və Maqnit Rezonans Tomoqafiyası (MRT) inkişaf etdikcə alimlər son zamanlar beynin səxavətliliyə necə reaksiya verməsi haqqında yeni informasiya aşkar etmişlər. Elmi təhlillər hazırda açıq şəkildə göstərir ki, insan xoşbəxtliyi, sağlamlığı və uzunömürlülüyü pul ianələri, yaxud könüllü xidmətlər vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq səxavətliliklə sıx bağlıdır. “Səxavət göstərilməsindən yaranan yaxşı əhval-ruhiyyə hissi baş beyində başlayır. Bu, “verən şəxsin şəfəq saçması” adlanır, deyə Nyu-Yorkdakı Stoni Bruk Universitetinin Tibbi humanitar elmlər, şəfqət və bioetika mərkəzinin direktoru Stiven Post söyləyir. Reaksiya şövqləndirici stimulları müəyyən edən mezolimbik yoldakı beyin kimyası vasitəsilə hərəkətə gətirilir. Bizim hansı əhval-ruhiyyə ilə verməyimiz səxavətliliyimizin təsir dərəcəsini müəyyən edir. “Əgər bu, mənalı ianələrdirsə, onlar əhəmiyyətli təsirə malik ola bilər”, Dr. Post deyir, “lakin əgər onlar bayağı şəkildə və ya həvəssiz olaraq həyata keçirilirsə, ehtimal ki, bu cür nəticələrə malik olmayacaqdır”. IDOR institutundan (Braziliya) olan Jorj Mollun rəhbərliyi altında keçirilən tədqiqatın nəticələrinə görə, “pulların “əhəmiyyətli işə” verilməsi barədə fikirlər beynin əsaslandırıcı sistemini hərkətə gəterir”. Kristian Smit və Hilari Devidsonun “Səxavətliliyin Təzadı: verməklə - artırırıq, xəsislik etməklə - itiririk” adlanan tədqiqatı belə bir qənaətə gəlir ki, “səxavətlilik çox zaman baş beyin və bədəndə kimyəvi sistemləri hərəkətə gəterir ki, bunlar həzz və mükafatlanma yaşantısını gücləndirir, stresi azaldır və ağrını sakitləşdirir və bu da, bir qayda olaraq, daha böyük xoşbəxtliyə və sağlamlığa səbəb olur”. 

Qazanciniz itirir, Verdiniz Qalir

-Surxay İslamov

Aydındır ki, həyatımızda meditasiya, dualar, oruc və başqa ruhani təcrübələr kimi xoşbəxtliyi bəsləyən bir çox üsullar mövcuddur; bununla belə, son tədqiqatlar göstərir ki, xoşbəxtliyə nail olmaq üçün vacib vasitə öz vaxtını və malını sevinclə və fədakarcasına qurban verməyi öyrənməklə, səxavətli olmaq qabiliyyətimizin inkişaf etdirilməsidir. Alimlər həmçinin sübut etmişdilər ki, sədaqət və etibara cavabdeh olan eyni beyin elementləri həmçinin səxavətliliyi də idarə edirlər. İcma üzvləri fədakarlıq hissi ilə əhəmiyyətli işə “səxavətlə” qurban verdikləri zaman onlar, son nəticədə, birlik bağları yaradır, etibarı artırır və öz icmalarında yekdil olurlar. Ehtimal ki, Bəhai Fondlarında hamılıqla iştirakın bir çox səbəblərindən biri bu ola bilər. “Ümumdünya Ədalət Evi inananları Fonda müntəzəm və fədakarlıqla ianə verməyin vacibliyi istiqamətində maarifləndirmək vəzifəsinin ağırlığını başa düşür və O, əmindir ki, siz tez-tez onlara bu işdə hamılıqla iştirakın prinsiplərini xatırladırsınız…”

Digər Yanlış Fikirlər

Səxavətlilik haqqında digər yanlış fikirlər belə bir fərziyyəyə əsaslanır ki, o, sərvətin olmasını tələb edir–yəni zənginlər səxavətli olmağa borcludur, yoxsullar isə ianə vermək zərurətindən azaddırlar. Bugünki tədqiqatlar açıq-aydın bunun əksini göstərir. Səxavətlilik –zəngin, yaxud yoxsul olmasından asılı olmayaraq hər bir kəsin inkişaf etdirməyə səy göstərməli olduğu bacarıqdır və o, yalnız “fədakarlıq” dərəcəsi ilə ölçülür. Öz səxavətli olma qabiliyyətimizin inkişafında hansı səviyyədə yerləşməyimizdən asılı olmayaraq biz daha artığına cəhd etməyə və  bizə: “Yiyələnmə - qazanc, vermə isə - itkidir” iddia edən eqoistlik zəncirini qırmağa davam etməliyik. Bu, müasir dünyanın ən zərərli həyat prinsiplərindən biridir. Smit və Devidson kimi tədqiqatçılar “verməklə - alırıq, xəsislik etməklə - itiririk” iddiası ilə onu inkar etmişlər. 

Doğru Yaşamın Sirri

Şövqi Əfəndi Biz çağlayan çeşmə kimi olmalıyıq, bir çeşmə ki, davamlı olaraq özünü tam boşaldır və görünməz mənbədən daima dolur. Yoxsulluq qorxusundan çəkinməyərək, bütün sərvətin və xeyirlərin Mənbəyinin kəsilməz nemətinə təvəkkül edərək, öz insanlarımızın xeyri üçün daima verici olmaq!  – doğru yaşamın sirri budur deməklə doğru yaşam barədə sirri bizə açır. Buna görə də, söhbət sağlamlıq və düzgün həyat tərzindən gedərkən xəsislik meyli ilə özünü saxlamaqdansa, fədakarlıq və səxavətlə vermək daha yaxşıdır.

 

Həzrət Əbdül-Bəha buyurur: “İnsan fədakarlıq meydanına qədəm qoymayınca, o hər cür lütf və fəzldən məhrumdur; fədakarlıq isə ondadır ki, Allahın nurunun saçması üçün insan öz-özü üçün ölür”. Səxavətli ianələr bizim başqa yolla almağı heç vaxt təsəvvür belə edə bilməyəcəyimiz keyfiyyətləri əldə etməyimizə kömək edir. Səxavətli ianənin məziyyəti və nəticəsi qeyri-adi ruhani dəyişmədir. 

Bu xeyirxah əməllər Baharıdır, kaş ki, anlayanlardan olardınız”, deyə Bəhaullah buyurur. Onun Zühuru Allah yolunda ianə vermək anlayışını birdəfəlik dəyişmişdir. Əgər bizim əcdadlarımızdan “ianə vermək” istənilirdisə, bizim nəsildən istənilən “səxavətli ianə vermək”dir. Bəhaullah buyurur: “Vermək və səxavətli olmaq Mənim sifətlərimdəndir; Xoş o kəsin halına ki, özünü Mənim məziyyətlərimlə bəzəyir”.

Həzrət Bəhaullahın

Nəzərdə Tutduğu Sivilizasiya

Bəşəriyyət öz yeniyetməlik dövrünü keçdikcə, ətrafımızdakı dünya çox sürətlə inkişaf edir. Bəhaullahın səxavətli ianələr barədə təlimləri zənginlər və yoxsullar arasında qlobal sabitliyi pozan bərabərsizliklə mübarizə aparmağa kömək edə bilər. Sevgili Ümumdünya Ədalət Evi buyurur ki, “Bəhaullah nəzərdə tutduğu gələcək sivilizasiya çiçəklənən bir sivilizasiyadır ki, burada dünyanın böyük resursları bəşəriyyətin alçalmasına və dağılmasına deyil, onun yüksəlişinə və dirçəlişinə yönəldiləcəkdir”. 

Bu dünyada insanın ucalması onun öz vaxtını, enerjisini, biliyini və maliyyə ehtiyatlarını, bütün bunları ona vermiş həmin dünyaya səxavətlə qurban verməsi ilə mümkündür. Həqiqətdə səxavətlilik idrakın elə bir halıdır ki, biz ona qəfildən daxil olur və dərk edirik ki, bizim bütün var-dövlətimiz bütün bunları bizə tam səxavətlə bəxş etmiş kainatın var-dövlətidir. Buna görə də, səxavətliliyi təcrübədən keçirərkən biz özümüzə aid olanları heç kimə vermirik, sadəcə kainatın bizə bəxş etdiyini kainata geri qaytarmış oluruq ki, bu da quşu öz qəfəsindən buraxmağa bənzəyir.

 

Bəşəriyyətə tamahkarlıq və şöhrətpərəstlik deyil, təvazökarlıq və qərəzsizlik nümayiş etdirməklə fərqlənən xidmət həyatı səxavətlə verməyin sirrlərini açmağa kömək edə bilər.

bottom of page