top of page

Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

Ən Çox Verilən Suallar

 

 

1.  Mən Bəhai fonduna necə ianə verə bilərəm?

Siz öz Ruhani Məhfilinizlə məsləhətləşməli və öz ianənizi birbaşa Məhfilin Xəzinədarına verməlisiniz. Əgər xəzinədar yoxdursa, bəzi icmalarda ianələri zərfə qoyur və onu poçt vasitəsilə xəzinədara göndərirlər. Dostların daha çox olduğu digər icmalarda Ruhani Məhfil dostların öz ianələrini əminliklə verə bildikləri, xəzinədar və ya xəzinədar köməkçisinin nəzarəti altında olan nəcib və hörmətli bir yerdə etibarlı halda yerləşən pul vəsaitləri üçün qutu nəzərdə tutulur. Pul vəsaitləri üçün qutuda bəhai ianələrinin mahiyyəti barədə dəqiq təlimat olmalıdır. Dostlar öz ianələrini Ruhani Məhfil tərəfindən təqdim edilmiş zərflərə qoymalı və onu qutuya atmazdan əvvəl onun üzəridə öz adını və yaşadığı icmanı qeyd etməlidir. Pul vəsaitləri üçün qutunun açarı yalnız Ruhani Məhfilin xəzinədarında olmalıdır. Əgər siz öz müntəzəm ianələrinizi fiziki olaraq xəzinədara çatdırmaq iqtidarında deyilsinizsə, o zaman yerli xəzinədarla əlaqə saxlaya və onun ianələri götürmək üçün müntəzəm olaraq sizə gəlməyi barədə razılaşa bilərsiniz. Heç kim Həzrət Bəhaullahın hər bir inanan üçün təyin etdiyi bu imtiyazdan məhrum edilə bilməz. 

2. Əgər mən Bəhaullahı bizim zamanın Məzhəri kimi qəbul etməmişəmsə, Bəhai fonduna ianə verə bilərəmmi?  

 

Yox! Bəhai fondlarına ianələr yalnız Həzrət Bəhaullahı bizim zamanın Məzhəri kimi qəbul etmiş şəxslər üçün təyin edilmiş imtiyazdır və  bu məsələ ilə əlaqədar sizə Müqəddəs Mətni və ya “Çağlayan çeşmə” bülleteninin 8-ci sayını oxumaq tövsiyyə olunur. 

Həzrət Bəhaullahla Ona inanlar arasında ruhani münasibət “İlahi Əhd”ə əsaslanır ki, bu da itaət, sitayiş, namazlar, oruca riayət, təvazökarlıq, düzgün davranış, bəşəriyyətə xidmət, hamıya məhəbbət, ehtiram, ziyarətə getmək, Bəhai fondlarına səxavətli və fədakar ianələrin verilməsi və bir sıra digər əməllərin yerinə yetirilməsi ilə yaranan dərin əlaqəyə əsaslanır. Buna görə də , bu ianələr pul hüdudlarından kənara çıxır. Bu, Həzrət Bəhaullahı bizim zəmanənin Məzhəri kimi qəbul etməyi və “İlahi Əhdə” daxil olmağı nəzərdə tutur.

3. Mənim atam Bəhai olmamışdır, mən onun ruhuna ianə verə bilərəmmi? Eyni zamanda mən öz Bəhai olmayan anamla yaşayıram, mən onun adına ianə verə bilərəmmi?

 

Şübhəsiz! Həzrət Bəhaullahı bizim zəmanənin Məzhəri kimi qəbul etmiş bir şəxs kimi siz öz atanızın axirət dünyasında ruhu üçün dua etməlisiniz. Həzrət Əbdül-Bəha buyurur ki, “İnsanın ruhunun bu fani dünyadan əlaqəsinin kəsilməsindən sonra səmavi dünyada inkişafı tək Allahın təyidi və mərhəməti vasitəsilə, yaxud digər insan ruhlarının havadarlığı və səmimi duaları vasitəsilə, yaxud da onların adından həyata keçirilən xeyirxah işlər və mühüm yaxşı əməllər vasitəsilə həyata keçir”. Sadəcə zərfinizin üzərində öz adınızı yazın və “Atam [onun adı] xatirəsinə” qeyd edin. Sizə onu xatirəsinə qəbz veriləcəkdir. 

Sizinlə yaşayan, lakin bəhai olmayan ananızın adına ianələrə gəldikdə, sizin “onun şərəfinə” ianə verməyiniz alqışlanır. 

4. Mənim öz ianələrimə görə qəbzə ehtiyacım yoxdur. Mən xəzinədardan, mənə qəbz verməməsini xahiş edə bilərəmmi?

Bəli! Əlbəttə ki, siz istədiyiniz vaxt xəzinədardan sizə qəbz veməməsini xahiş edə bilərsiniz. Lakin, Ruhani Məhfillərə hər bir ianəyə görə qəbz vermək tövsiyyə olunur. Ümumdünya Ədalət Evi buyurur ki, “Milli Ruhani Məhfillərin üzərinə hər bir qəbul edilmiş ianəyə görə qəbz verməyi təmin etmək və bütün gəlir və çıxarların qeydiyyatını aparmaq məsuliyyəti qoyulmuşdur”. Həzrət Əbdül-Bəha Bəhai Dininə verilmiş hər bir ianəyə görə özü tərəfindən şəxsən yazılmış qəbz verərdi. Bu, hər hansı bir maddiyyatın alqısına görə verilmiş adi qəbz deyil, ilahi Əhdlə qarşılıqlı əlaqədi. Zəhmət olmazsa, “Müqəddəs mətnlərə” və “Çağlayan Çeşmə”nin 10 saylı bülleteninə baxın. 

5. Mən elə dünən Bəhai olmuşam. Mən Bəhai fondlarında iştirak edə bilərəmmi? 

Şübhəsiz! Siz artıq Allah Əmrində iştirak edirsiniz. Bundan böyük nə şərəf ola bilər? Ümumdünya Ədalət Evi buyurur ki, “İnsan qəlbi Həzrət Bəhaullahı bu zəmanənin Məzhəri kimi qəbul etdiyi və ilahi Əhdə daxil olduğu vaxt onun ruhu öz həyatını ilahi məqsədlə daimi ahəngə gəlməlidir – o, İlahi Əmrin iştirakçısı olur və o, Dinin yolunda nə qədər məhdud olmasından asılı olmayaraq öz maddi nemətlərindən ianə etmək xeyir-duası alır”.

6. Mənim həyat yoldaşım Bəhai deyildir və mənim Bəhai fonduna ianə verməyimlə razılaşmır. Mənim hansı çıxış yollarım vardır? 

Evlilik müqəddəs bağdır və cütlüklər öz fərdi və birgə inkişafları üçün hər gün sevgi və ahənglə məsləhətləşməlidir. Əgər sizin həyat yoldaşınız sizin ianələrlə razı deyilsə, siz ona öz ruhani öhdəliyinizi sevgi ruhunda izah etməli və onunla birlikdə bu veb-saytın “Müqəddəs Mətn” hissəsini oxumalısınız. Əgər o, hələ də sizin Bəhai fondunda iştirakınıza qarşı olarsa, sizin xidmət etməyiniz və öz vaxtınızı icmanıza xidmətə və enerjinizi Allah yolunda səxavətlə öz icmanızın rifahı üçün sərf etməyiniz alqışlanır. Siz evinizdə bayramlar, Ruhi dərsləri, görüşlər təşkil edə bilər, yaxud sadəcə tort bişirib onu Bəhai tədbirlərinə gətirə bilərsiniz. Allah yolunda fədakarlıq qeyri-maddi yollarla da həyata keçirilə bilər, çünki bu səxavət və fədakarlıqdır, və ianənin şərti pul deyildir. Əgər siz rəssamsınızsa, öz Bəhai mərkəzinizi səxavət və fədakarlıqla boyaya bilərsiniz, əgər bank işçisisinizsə, öz yerli məhfilinizə pula qənaət etməkdə və icmanın gələcəyi üçün sərmayə qoymaqda sevgi ilə məsləhət verə bilərsiniz. Əgər siz həkimsinizə, bəlkə də, siz xəstələri pulsuz qəbul edə və öz vaxtınızı və biliklərinizi Həzrət Bəhaullahın yolunda qurban verə bilərsiniz, yaxud əgər siz kompüterdən yaxşı anlayırsınızsa, öz Bəhai mərkəzinizdə kompüterlərin həmişə yaxşı işlək vəziyyətdə olmasını təmin edə bilərsiniz. Bu cür Bəhai ianələri, səxavət və fədakarlıq ruhunda və səmimi qəlbdən edilərsə, onlar mütləq Həzrət Bəhaullah tərəfindən ianə şəklində qəbul olunacaqdır. Allah heç kimdən onun imkanlarından artığını tələb etmir. 

 

Əsl səxavət bir kəsin ianə verdiyi andakı niyyəti ilə qiymətləndirilir. Bir yaşlı qadının Hacı Amin onun kəndindən keçdiyi zaman nahara çörək və pendiri vardı və o, Hacı Aminə yaxınlaşıb öz çörək və pendirini Dinin yolunda ianə kimi verdi. Hacı Amin bu çörək və pendirdən olan ianəni Həzrət Əbdül-Bəhaya gətirir. Deyirlər ki, Sərkar Ağa bu ianəni qəbul etdiyi vaxt elə nahar vaxtına düşür və o, çox mütəəssir və heyran olur və çörəyi xırda tikələrə bölüb ayırıb ziyarət evinə toplanmış zəvvarlar arasında bölüşdürüb bu, son dərəcə səxavət və fədakarlıqla edilmiş ianənin tərifini göylərə qaldırır. Allaha bizdən lazım olan da məhz budur. 

Lakin həyat yoldaşınızla müzakirələr bir gün və bir tədbirdə başlayıb qutarmamalıdır. İnsanlar müxtəlifdir və münasibətlər inkişaf edir və biz öz həyat yoldaşımızla daha yaxşı anlaşma və daha sıx birlik üçün daima və sevgi ilə məsləhətləşməliyik. Vaxt keçdikcə, siz və həyat yoldaşınız sizin fərdi və birgə inkişafınız üçün nəyin daha yaxşı olduğu barədə  qərar verə biləcəksiniz. 

7. Milli Məhfilə vəd nədir və onun müntəzəm ianələrdən fərqi nədir? 

Xüsusi ianə vermək barədə Milli Məhfilə verilən vəd konkret məqsədlərə nail olmaq məqsədilə vəsait toplanması tədbiri kimi xüsusi hallarda edilə bilər. Vəd adətən vəsait toplanması fəaliyyəti ilə bağlıdır və o, birmənalı olaraq hər hansı bir şəxsin Bəhai fondu üçün fədakar xidmət həyatına səyahətinin bir hissəsidir. Lakin, onlar Bəhai Yazılarında açıqlandığı kimi Allah yolunda adi, müntəzəm qaydada verilən ianələrin bir hissəsi deyildir. Bəhai fonduna ianələr bizim səxavətli və fədakar xidmət həyatı səyahətinə başladığımız zaman özümüzün Həzrət Bəhaullahla bağladığımız şəxsi öhdəliyimizdir. Bu öhdəlik icmadakı vəziyyətdən asılı deyildir; bu, bizim Həzrət Bəhaullahı zəmanəmizin Məzhəri qəbul etdiyimiz andan başlayır və həyatımızın sonuna qədər davam edir. Azərbaycandakı bəhailər səxavətli ianə həyatı imtiyazını dadmağa başlamaq üçün vəsait yığımı tədbirini gözləməməlidirlər. Böyüməyə elə indi başlayın!

 

Siz Ruhani Məhfilə vəd verdiyiniz zaman bu, əlavə nemətdir və o, sizə verdiyiniz adi ianə hüdudlarından kənara çıxmağa kömək edəcəkdir. Bu, sizin səxavətliliyinizi yeni səviyyəyə gətirəcəkdir. Lakin o, heç bir təzyiqi özündə ehtiva etməməli və hər bir inanan öz vədini mütləq yadda saxlamaq və yerinə yetirmək təşəbbüsünü nümayiş etdirməlidir! Ədalət Evi buyurur: “Vədlər ianələri təşviq etmə və Əmrin maliyyə ehtiyaclarını dostların diqqətinə çatdırmaq üçün vasitə kimi faydalı ola bilər. Bu metod Ruhani Məhfilin Həziratü'l-Qüds (Bəhai mərkəzləri) tikintisi və ya şəxsi məktəblərin yaradılması kimi böyük vəzifələrinin yerinə yetirilməsi və belə layihələr üçün maliyyə vəsaitlərin olub-olmayacağı barədə əvvəldən təsəvvür yaratması hallarında xüsusilə faydalıdır. Lakin, vəd üçün müraciətlər etdikdə, yaxud onları yığmaq üçün səy göstərdikdə, hər hansı bir təzyiq göstərmək Bəhai prinsiplərinə tamamilə zidd olardı. Əgər vəd verilmişdirsə, şəxsi söhbətlərdə vəd verənə bu barədə xatırlatmağa və onun sözünü yerinə yetirməyin mümkün ola biləcəyi barədə mülayimcəsinə məlumatlandırmağa yol verilir, lakin Məhfillər bilməlidir ki, bu cür vədlər hüquqi nöqteyi nəzərdən heç bir öhdəlik deyildir; belə vədlərin yerinə yetirilməsi tamamilə vicdana bağlı bir işdir. Vəd verənlərin siyahısı açıqlanmamalıdır”.  

bottom of page