Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

Çağlayan Çeşmə Bülletenləri, Fond haqqında Hekayələr və Fonda Dəstək Layihələri

Bu bölümdəki materiallar hekayələri, qəzet nəşrlərini, fonda dəstək layihələrini, şəxsi təcrübələri və insanın şəxsi dəyişmə boyu səyahətini özündə birləşdirir. Oxucular nəzərə almalıdırlar ki, Bəhai Müqəddəs Yazıları barədə əvvəlki səhifələrdən fərqli olaraq bu səhifə şəxsi təəssürat və rəylərə əsaslanır. Onun məqsədi dünyanın gözəlləşməsində bizim fərdi rolumuz haqqında icmamızda müzakirələr açmaq, araşdırma və özünütəsdiq mühiti yaratmaq, ianənin əsl məqsədinə münasibətdə Həzrət Bəhaullah tərəfindən müəyyən edilmiş dünya sivilizasiyası ilə bağlı baxışları təşviq etmək, səxavətliliyə münasibətdə  ruhumuzu oyatmaq, ianənin daha dərindən dərk edilməsini inkişaf etdirmək və Bəhai fondunun müqəddəsliyi ilə şəxsi tanışlığa kömək etməkdən ibarətdir.  

 

Bunu söyləmək artıqdır ki, bizim əksəriyyətimiz Bəhai Dininə dünyanın bütün hissələrindəki doqquz əsas dindən gəlmişik. Biz öz Bəhai icmalarımıza Allahın keçmiş dövrlərdə bizdən nə gözlədiyi anlayışını gətirmişik. Lakin biz özümüzü Həzrət Bəhaullahın Yeni Erasının düşüncəsinə çatdırmalıyıq. Buna nail olmaq üçün biz öz qəlbimizə və ağlımıza səxavət və fədakarlığın təbiəti barədə təlim vermək üçün düşünülmüş səy göstərməliyik.  

 

Həzrət Bəhaullah Allahın yolunda ianə verməyin mənasını birdəfəlik dəyişmişdir. Keçmişdəki dinlər bizə “nə isə” verməyi öyrədirdilər. Həzrət Bəhaullah isə bizə “səxavətlə” verməyi öyrədir. Biz bunu edə bilərik, lakin bunun üçün biz özümüzü inkişaf etdirməyə çalışmalıyıq. Bəşəriyyətin yetkinliyinin Yeni Erasında bizim imkanlarımız Allaha məlumdur və buna görə də, O, bizə səxavətli olmağı və tam fədakarlıqla ianə verməyi tapşırmışdır.  

 

Səxavət və fədakarlıq haqqında söhbətlər gərək bizim insanlığa gündəlik xidmətimizin bir hissəsinə çevrilsin və harada yaşamağımızdan asılı olmayaraq, biz gərək bu müqəddəs keyfiyyətləri tətbiq edək və onları inkişaf etdirək. Şövqi Əfəndi buyurur ki, biz “öz yaxınlarımızın rifahı naminə davamlı ianə verməliyik”.   

This site is administered by the National Spiritual Assembly of the Bahá'ís of Azerbaijan.  The material presented here was first published in 2001 through 2006.  For questions regarding this site kindly 

contact us at:  AzerbaycanBahaiIcmasi@gmail.com

© All rights reserved