top of page

Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

Növbəti Layəhə

Qızıl Üzük

Fonda Dəstək Layihə

Anchor 1

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən 2003-cü ilin Rizavnında təsis edilmiş layihə

 

1963-cü ilin aprel ayında Hayfa şəhərindəki Bəhai Dünya Mərkəzinin Arxivində Bəhai tarixinin səhifələrinə ilk seçilmiş Ümumdüya Ədalət Evinə edilmiş ilk ianə kimi düşmüş çox xüsusi bir ianəni qeydə almışdır. Bu ianə sadə, zərif və əhəmiyyətli idi, çünki bu, yəqin ki, onu böyük sevgi və inqita ruhunda vermiş olan şəxsin ailə əmanətinin bir hissəsi idi. İnsan nə qədər səmimi və geniş qəlbli olmalıdır ki, ilk Ümumdüya Ədalət Evinə ilk ianəni vermiş şəxs kimi tarixdə iz qoymuş olsun. Bu bəxşiş Azərbaycandan olan mömin tərəfindən verilmiş və Sovet İttifaqındakı dini dözümsüzlük kimi çətin dövr ərzində Bəhai Dünya Mərkəzinə göndərilmiş qızıl üzük idi. Bundan cəmi bir neçə il əvvəl bəhai icmasının üzvləri edam edilmişdilər, lakin buna baxmayaraq, Azərbaycan bəhai icması təkcə sözdə deil, əməldə də öz öhdəliklərini yerinə yetirməyi bacara və beləliklə, Ümumdünya Ədalət Evinin Ali Orqanına rəsmi haqqını hamıdn birinci verə bilmişdir.  

 

Ümumdünya Ədalət Evi Allahın havadarlığı və qüsursuz himayəsi altında olacaqdır. Əgər həmin Ədalət Evi Kitabda qeyd edilməyən hər hansı bir məsələnin həlli üzrə yekdilliklə və ya səs çoxluğu ilə qərar çıxararsa, Allah bu cür qərar və sərəncamı səhvdən hifz edəcəkdir.

---Əbdül-Bəha

Döğrudan da, 1963-cü ildə Azərbaycan bəhai icması bir neçə nəsillərə yetəcək böyük bir şərəfə nail olmuşdur. 1963-cü ildə seçilmiş Ədalət Evinin bir üzvünün sözlərinə görə, qızıl üzük sevgi və riqqətlə qəbul edilmişdir və həmişə Dinin Müqəddəs Torpağın özündəki saxlanc yerlərində qorunub saxlanacaqdır. Düz qırx il bundan əvvəl baş vermiş bu hadisə barədə düşünməklə və o dövrdə dostların üzərində olan çətinlikləri, maneələri, riskləri və iqtisadi məhdudiyyətləri diqqətə almaqla  biz əcdadlarımızın kim olduqları və öz borclarını necə yerinə yetirdikləri, və özlərindən sonra bizə necə bir icma qoyduqları barədə ən yaxşı təsəvvür əldə edə bilərik. Azərbayycan bəhailəri olaraq biz o qədər bəxtiyar və xoşbəxt olmalıyıq ki, bu gün bizə Əbha məlakütundan nə qədər sadiq və vəfalı ruhlar kömək edir, onların fədakarlığı və səxavəti 1963-cü ildə Azərbaycan tarixinin səhifələrində bu cür çox gözəl bir taixi hadisə şəklində həkk olunmuşdur.


Bu gün Azərbaycan bəhailərinin Milli Ruhani Məhfili daha böyük və daha coşqun əndazədə xidmətə səsləyir. 1992-ci ildə Azərbaycanda Milli Məhfilin yaranmasından sonra icma özünün quruculuğu ilə və inzibatçılıq, öyrətmə, təlim institutları, xarici əlaqələr, yeniyetmə fəaliyyəti, bəhai əmlakının qorunması, ictimai fəaliyyət, nəşriyyat işləri, audio-video, musiqi və s. kimi sahələrdə öz fəaliyyətinin dəstəklənməsi ilə fəal surətdə məşğul olmuşdur. Beynəlxalq bəhai icmasının maliyyə dəstəyi ilk bir neçə il ərzində fəaliyyətin idarəolunmasında ilkin kömək üçün göstərilmişdir; bununla belə, son on il ərzində icma yerli və milli Fondlara ianələr verilməsi işində bütün qəlbi ilə iştirak etmişdir.


Bu dövr ərzində bəhailərin ianələr üzrə ruhani təhsilini təmin etmək üçün institutların səyləri tərifə layıqdır. Bunun nəticəsi Bakı, Balaxanı, Sumqayıt, Naxçıvan və digər bölgələr daxil olmaqla Azərbaycan bəhai icmasının  ruhani inkişafına, müntəzəm ianələrinə və çiçəklənməsinə gətirib çıxaran səxavətli ianələr olmuşdur. Bu, Milli Məhfilə üç ildən artıqdır ki, Beynəlxalq Bəhai İcmasından maliyyə müstəqillyi qazanmaq yolunda tədbirlə görməyə imkan vermişdir. Sevimli Ümumdünya Ədalət Evinə məktubunda Milli Məhfil iqtisadi cəhətdən müstəqil olmaq arzusunu ifadə etmiş və Ədalət Evi öz sonsuz mərhəməti və səxavəti ilə icmanın bu arzusunu qəbul etmişdir. 


“Qızıl üzük” adlı bu layihənin köməyilə Milli Məhfil dostları yerli və milli Bəhai fondlarının növbəti inkişaf mərhələsinə hazırlaşmağa səsləyir. 2003-cü ilin aprelində yeni Bəhai ilindən başlayaraq Azərbaycan bəhai icması təkcə özünü müstəqil surətdə dəstəkləməyə davam etməyə deyil, Ali Orqana mütəmadi ianələr verməyə çalışacaqdır. İlk vaxtlar bu ianələrin nə qədər kiçik və cüzi olmasından asılı olmayaraq və Allah yolunda bizim payımızın nə qədər az görünə bilməsindən  asılı olmayaraq, biz əminik ki, bu, Bəhaullahın xeiyr duasını cəlb edəcək və bizim xidmətizin təsdiqini vercəkdir; bizim icmamızı hifz edəcək və bizim bilik və baxışlarımızı artıracaqdır; bizim icmamızı Allah sevgisinin rayihəsinin yayılma yolu edərək bizim ilahi gücünüzü inkişaf etdirəcəkdir; və Azərbaycanı dünyanın gözündə daha nurlu edəcəkdir. 


Qoy bu, bizim əcdadlarımızın etdiyi kimi, yenidən sevimli Ədalət Evinə öz töhfəmizi vermək qabiliyyətində olmağımız üçün bu bəhai icması üçün şərəf olsun. Bu bizim taleyimizdir. Gəlin Əmrə öz əməllərimizlə xidmət etmək hazırlığımızı nümayiş etdirək! Azərbaycan bəhailərinin Milli Məhfili 2003-cü ilin aprel ayında Azərbaycan bəhai icması adından səs vermək üçün Ədalət Evinə seçkilərdə iştirak etmək məqsədilə Müqəddəs Torpağa ziyarət etdikdə onlar özləri ilə bəhai icması adından ianə götürəcəklər. Bu ianə 1963-cü ildə edilmiş ianənin şərəfinə bir simvolik jest olacaq və sonrakı illərdə bizim bu Müqəddəs Məqama olacaq mütəmadi ianələrimizin başlanğıcını bildirəcəkdir. 


Məhfil dua edir ki, Bəhaullah Onun Yolunda son dərəcə miskinlik hissi ilə edilmiş ianələri qəbul etməklə bu icmaya mərhəmət, rəhmdillik, xeyirxahlıq və səxavət gözü ilə baxsın. 

Sonsuz Bəhai sevgilərilə,

Azərbaycan bəhailərinin Milli Ruhani Məhfili

 

28 Oktyabr 2002-ci il

 

Yazıçı və Bakıdakı Bəhai icmının üzvü cənab Səlahəddin Əyyubov özünün “İkiqat Məzhər” kitabında söyləyir ki, bu hekayədəki qızıl üzüyü ianə verən insanlar cənab Balağa Orucov və xanım Kübra Orucova cütlüyü olmuşdur. Onlar Bakıda yaşamış və Ələkbər Naxçıvani və İzzət Orucovanın qohumu olmuşdular!

Anchor 2

Səxavətlilik İli

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən 2018-cü ilin Fevralında təsis edilmiş layihə

26 fevral 2018-ci il

Azərbaycan Bəhai icmasına

 

Əziz dostlar,

 

Allah bizi Onun nurunu, cəlalını və gözəlliyini əks etdirmək üçün yaratmışdır.  İnsanlığı yaratmasında Allahın məqsədi ancaq Onu tanımaq, xidmət həyatı yaşamaq və dünyanı yaxşılaşdırmaqla Ona sitayiş etmək olmuşdur. O, Ən Müqəddəs Kitabında buyurur ki, insanlığa xidmət ruhunda görülmüş hər bir iş Allaha ibadətə bərabərdir.

 

Bununla Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili Həzrət Bəhaullahın anadan olmasının 200 illik yubileyinin qeyd edilməsinin doğurduğu ruhani qüvvələrə arxalanaraq 28 fevral 2018-ci ildən başlayaraq qarşıdakı ili  Azərbaycanın yaxşılaşmasına xidmət, səxavət və fədakarlıq ili elan edir. Biz icmamızın hər bir üzvünü dəvət edirik ki,  mövcud vəziyyətindən asılı olmayaraq bütün dostlarını, qohumlarını, qonşularını, tanışlarını, məktəb və iş yoldaşlarını əsl təvazökarlıq və sevgidən doğan tam səmimiyyət və sədaqətlə vaxtlarını və enerjilərini bu Əmrə xidmətə həsr etməyə cəlb etsinlər.

 

Milli Məhfil xahiş edir ki, bizim tariximizə Səxavətlilik İli kimi daxil olacaq bu ildə öz səylərinizi əsirgəməyəsiniz. Ümid edirik ki, dostlar daha da səxavətli olmaq üçün şüurlu və bilgili səylər qoyacaq, şəxsi həyatlarında səxavətliliyin sərhədlərini aşacaqlar. Onlar ətraflarındakı bu maddi dünyaya baxmadan malik olduqları hər şeyi səxavət və fədakarlıqla  qonşuluqlarının və cəmiyyətin bütövlükdə yaxşılaşması naminə verməyə cəhd edəcəklər. Biz özümüzlə, uşaqlarımızla işləməliyik ki, itki qorxusuna son qoyaq. Biz istisini və işığını insanlığın üzərinə qorxmadan salan Günəş şəfəqləri kimi olmalıyıq yaxud itki bilmədən canlı hər bir şeyin üzərinə yağan bulud  kimi olmalıyıq, çünki biz inanırıq ki, səxavətlilik görünməz mənbədən daim dolan  bir çeşmə kimi olmalıdır.

 

“Biz daim özündə olan hər şeyi verən  və görünməz mənbədən davamlı olaraq yenidən dolan fəvvarə və ya çeşmə kimi olmalıyıq. Kasıblıq qorxusundan çəkinməyərək və bütün zənginliyin Mənbəyinin dəyişməz bərəkətinə arxayın olaraq daim verici olmalıyıq – doğru yaşamın sirri budur!”

--Həzrət Şövqi Əfəndi

 

Bizlər, indiki  nəsil bəhailər bu uca hədəfə çatmaq, məhz doğru yaşamın sirrinə çatmaq üçün ruhlarımızı tərbiyə etməliyik, bu isə qonşuluğumuza, cəmiyyətimizə və sevgili Əmrə xidmətlə başlayır.  Ruhumuzda xidmət sevinci duymaqdan daha gözəl nemət nə ola bilər! Bununla bağlı Həzrət Əbdül-Bəha İlahi Sivilizasiyanın Sirri-ndə buyurur:

 

“Bundan daha böyük nemət təsəvvür etmək olarmı ki, bir şəxs, özünə baxanda görsün ki, Allahın təyidverici fəzli ilə o, digər insanlar üçün sülh və firvanlıq, xoşbəxtlik və inkişaf mənbəyi olmuşdur? Xeyr, Haqq Allaha and olsun, bundan daha böyük səadət, daha kamil zövq yoxdur.”

--Həzrət Əbdül-Bəha

 

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili sizi dəvət edir ki, siz bu Səxavətlilik İlində iştirak edəsiniz və Əmrə necə xidmət etmək üzərində düşünəsiniz. Ola bilər, bunu etməyin yollarından biri dönüb öz qonşuluğuna bir nəzər salmaqdır. Bəlkə daha diqqətli bir baxış lazımdır: ən yaxın çevrəmizdəki qonşularımız kimlərdir? Onlarla hər səhər-axşam rastlaşanda salamlaşır, hal-əhval tuturuqmu? Nə kimi söhbətlərə ehtiyacları ola bilər? İndiki sürətli həyat tempinin diktə etdiyi davranışdan ayrılıb bir neçə dəqiqə ayaq saxlayaraq onların işləri ilə maraqlanmaq olarmı? Hansı xidmətlərimizi təklif edə bilərik? Bu xidmətlər hansı formada ola bilər? Bəlkə öz istədiyimizə yox, onların nə istədiklərinə baxaq? Qayğılarına, sözlərinə, ehtiyaclarına qulaq asaq? Bəlkə baxışımızı öz istədiyimizdən insanların ehtiyaclarına yönəldək? Hətta bizim istəklərimiz ən nəcib istəklər də ola bilər! Vericilik, səxavətlilik, alicənablıq, tövazökarlıq, mütilik halətində ürəkləri dinləyək? Heç bir təmənna güdmədən kimə necə faydalı olacağımıza baxaq?? Qonşuluqdakı qocaların halını sorushaq, bəlkə dərmanlarını alaq? Küçədə boşuna gəzən uşaq və yeniyetmələrlə dostlaşaq? Onları yığıb maraqlarını soruşaq? Bildiyimiz bir şeyi uşaqlara, gənclərə öyrədək? Bəlkə qohumlarımızı yaddan çıxarmışıq? Sonuncu dəfə nənə və babamızı nə vaxt ziyarət etdiyimiz yadımızdan çıxıbmı?

 

Bəlkə Yerli Məhfilimizə müraciət edib necə və hansı sahədə xidmət edə biləcəyimizi barədə məsləhətləşək? Gəlin bu il ərzində diqqətimizi nə verə biləcəyimiz üzərində toplayaq. Düşünək ki, bizim ianələrdə iştirakımız düşüncələrimizdə hansı yerdə dayanır? Biz bu barədə nə qədər tezliklə düşünürük? Nəinki mütiliklə ianə verərkən, eyni zamanda bütün davranışımızda belə səxavətlilik və geniş ürəklilik keyfiyyətlərini nə dərəcədə təzahür etdiririk sualını cavablandıraq.

 

Milli Ruhani Məhfil dostları dəvət edir ki, bu il ərzində, ümumiyyətlə, səxavətliliyi bütün davranışımızda, sözümüzdə, hər bir konkret hərəkətimizdə necə tətbiq edəcəyimiz  barədə düşünək, yeni ruhani anlayışlar, bəsirətlər və bilik əldə edək. 

 

Həzrət Bəhaullah bizi əmin edir ki, biz ancaq əliaçıqlıq və səxavətliliyi hərəkətimizlə göstərəndə qazanırıq. Qazanmağın əvvəli vericilikdir.

“Həzrət Bəhaullahın öngördüyü gələcək sivilizasiya çiçəklənən bir sivilizasiyadır, orada dünyanın sərvətləri insanlığın yüksəlməsinə və yenidən doğulmasına yönəldiləcəkdir.”

--Ümumdünya Ədalət Evi

 

Səxavətlilik konsepsiyası və doğru yaşamın sirrini tapmaq barədə Şövqi Əfəndinin nəsihətləri üzərində düşünmək üçün Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili “Bəhai Fondu, Səxavətlilik və Doğru Yaşamın Sirri” adlı bir veb səhifə buraxdığını elan edir. Bu vebsayt Azərbaycan və rus dillərindədir. Gəlin, bu səxavətlilik ilində vaxt ayırıb Həzrət Əbdül-Bəhanın bu sözlərində ifadə olunan səxavətliliyin əsasında dayanan məqsədi başa düşməyə çalışaq:

 

“Bundan daha böyük nemət təsəvvür etmək olarmı ki, bir şəxs, özünə baxanda görsün ki, Allahın təyidverici fəzli ilə o, digər insanlar üçün sülh və firvanlıq, xoşbəxtlik və inkişaf mənbəyi olmuşdur? Xeyr, Haqq Allaha and olsun, bundan daha böyük səadət, daha kamil zövq yoxdur.”

 

www.bahaifond.az

 

Hərarətli Bəhai salamları ilə,

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili 

Hammı xitmətdədir!

bottom of page