Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

8. Ruhani İmtiyaz

və Mənim Zərfim

...Fonda ianə vermək, Həzrət Bəhaullahı qəbul etməmiş insanlara açıq olmayan bir ruhani imtiyazdır ki, heç bir inanan bundan imtina etməməlidir. Bu, eyni zamanda həm məsuliyyət, həm də iltifat mənbəyidir.

Ümumdünya Ədalət Evi 

İnananlar heç bir halda Əmrin xüsusi inzibati fəaliyyətləri ilə bağlı istifadə üçün qeyri-bəhailərdən maliyyə yardımı almamalıdırlar... çünki Bəhailərin tədricən qurduqları təsisatlar təbiəti etibarilə Həzrət Bəhaullahın dünyaya bəxşişləridir...

Həzrət Şövqi Əfəndi

 

“Çağlayan Çeşmə”nin bu buraxılışı yolçunu Bəhai fondunda iştirak imtiyazını qiymətləndirməyə və onun qarşısında duran istənilən psixoloji əngəlləri aradan qaldırmağa hazırlayacaqdır. Bu əngəllər şəxsidən tutmuş mədəni əngəllərə, emosionaldan tutmuş əqli əngəllərə qədər dəyişir; lakin onları təhlil etməzdən əvvəl gəlin birinci “imtiyaz”ın özünü nəzərdən keçirək. “Ruhani imtiyaz” dəqiq olaraq nədir? Nəyə görə o, yalnız Həzrət Bəhaullahı qəbul etmiş şəxslər üçün açıqdır? 

...Fonda ianə vermək, Həzrət Bəhaullahı qəbul etməmiş insanlara açıq olmayan bir ruhani imtiyazdır ki, heç bir inanan bundan imtina etməməlidir. 

—Ümumdünya Ədalət Evi

 

Bir neçə il bundan əvvəl mən İsmayıllı rayonunda, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşə Lahıc kəndinə səfər etmişdim. Lahıcın əhalisi təxminən 800 nəfərdən ibarətdir ki, bunlar da sənətkarlıq və əl işi olan mis dulusçuluğu istehsalının ustalarıdır. Onlar həmçinin daşla inşaat üzrə ixtisaslaşmışdılar və hətta bütün kənd kiçik çay daşlarından istifadə olunmaqla tikimişdir. Onların mürəkkəb yeraltı drenaj sisteminin yüz illərlə yaşı vardır. Bu gözəllikləri yaratmaq və kamilliyə can atmaq üçün onlar öz bacarıqlarından istifadə etmişdilər. Mən Lahıcın dalanları ilə gəzərkən yerli camaat məni dar keçidin sonunda yerləşən restorana istiqamətləndirdi. Mən ora çatdıqda gördüm ki, giriş kiçik və qaranlıq, yeməklər isə bahadır; mən düşündüm ki, ümumiyyətlə burda yemək yeməyə dəyərmi?

 

Bir qədər fikirləşəndən sonra mən köhnə darvazadan keçib tağ şəkilli dəhlizə keçməyə qərar verdim. Burada gördüyüm məni xoş bir təəccüblə bürüdü: mənim qarşıma heyranedici dərənin üzərində yerləşən və möhtəşəm ağacları və sakit su hovuzu olan bağ çıxdı. İçəridən ofisiant çıxıb məni mehribanlıqla qarşılayaraq stola dəvət etdi ki, buradan Nial dağ silsiləsinə ecazkar mənzərə açılırdı. Buradan mən dərəni dəlib keçən Girdiman çayını və kəndin bu və digər yerlərinə səppələnmi sürüləri görə bilirdim. Dağ keçiləri çaydan keçərkən onların zınqırovlarının səsi musiqi kimi səslənirdi. Mən yerimə oturduqda ofisiant mənə keçi pendiri, təzə tərxun və birbaşa sobadan çıxmış isti çörək gətirdi. Sərin külək yayın istisini daha dözülə bilən edirdi və çayın axınının incə, lakin çağlayan çeşmə kimi səsini eşidirdim. Mənim əsəblərim sakitləşirdi. Mən “Bu nə cür imtiyazdır! Burada olmaq necə bir imtiyazdır. Məhz bu an!” deyən daxili səsimi eşitmək iqtidarında idim. 

Girdiman Çayı, Lahıc - İsmayıllı

 

Mən bütün günü həmin restoranda keçirdim və heç kim məni durub getmək xahişi ilə naraat etmədi; restoranın sahibi məni şəxsi qonağı qismində qəbul edərək mənə bur cür “imtiyaz” təqdim etdi. Bağın içərisinə daxil olduğum andan restoranın sahibi bütün bunların hamısının sanki mənə məxsus kimi olmasını hiss etmək imkanı verdi. Mən əsas yeməyi - üzüm yarpaqlarına bükülmüş kababı, dağ sarımsağı ilə qarışdırılmış təzə qatığı gözləyənə qədər əllərimi hovuzda yaxalayıb üzümə su vurdum, şəkillər çəkdim. Yeməkdən sonra ürəyimin hökmü ilə hətta bir qədər mürgülədim də. Restoran sahibinin qonaqpərvərliyi məni “imtiyazın”, daha dəqiq desək “ruhani imtiyazın” mahiyyəti barədə düşünməyə vadar etdi. Əgər adi bir adam sadəcə onun bağına girdiyimə görə mənim həyatımı bu cür imtiyazlarla zənginləşdirə bilmişdirsə, o zaman Allah mənə, əgər Onun Bağına girərəmsə, nə cür “ruhani imtiyazlar” bağışlaya bilər? 

...Bir savab iş görənə Allah on qatını verəcəkdir. Heç şübhəsiz, əbədi Allah səxavətli ruhlara kömək edər və onları möhkəmlədər.

Həzrət Əbdül-Bəha

 

Şübhəsiz ki, Tanrının imtiyazları hədsiz-hüdudsuzdur. Bunlar həm maddi nemətlər kimi toxunmaqla hiss edilə bilən şeyləri, həm də məsələn, sevgi, ahəng, şəfqət, yaxşı sağlamlıq, məmnunluq, sevinc, çiçəklənmə, baxış və biliklər kimi hiss edilməyən şeyləri özündə birləşdirir - çünki Allah hər şeydən üstündür. Lakin eynilə mən restoranın təyidlərindən həzz almaq imkanına malik olmaq üçün oraya addım atmalı olduğum kimi, öz ruhani imtiyazlarımızı qəbul etmək üçün biz Allah yolunda səmimi və fədakar addımlar atmalıyıq. Əgər biz bunu etməsək, özümüzü bu imkandan məhrum etmiş oluruq. Eynilə bütün Lahıc sakinləri məni buraya yönəltdiyi bir vaxtda mən əvvəlcə restorana daxil olmaq imtiyazından imtina etdiyim kimi, biz də çox zaman Bəhai fonduna münasibətdə Ruhani Məhfilin xəzinədarının nəsihətlərinə etinasız yanaşırıq. Biz çəkinmədən addım atmalıyıq - xüsusən ona görə ki, imkanlar gəlir və gedirlər. Bir neçə il üstündən keçdikdən sonra mən yenidən Lahıca qayıtdım və təəssüf ki, bu zaman restoran sahibi artıq rəhmətə getmişdi, bağın yerində isə yaşayış binası dururdu. Mən həmin imtiyazın mənə verilməsinə görə necə bəxtim gətirdiyini anlamış oldum! 

 

Bu imtiyaz haqqında digər bir vacib məsələ ondan ibarətdir ki, nəyə görə Fonda ianə vermək yalnız Həzrət Bəhaullahı qəbul etmiş kəslər üçün əlçatandır. Bəhai dininin Vəlisi gözəl bir şəkildə izah etmişdir ki, bu imtiyazın nəyə görə xüsusi olmasının səbəblərindən biri ondan ibarətdir ki, “Bəhailərin tədricən qurduqları təsisatlar Həzrət Bəhaullahın dünyaya bəxşişləri təbiətinə malikdir”. Bu mülahizə bəhailərin bəşəriyyətə xidmətdə xüsusi rolunu və Fondun bəşəriyyətlə Həzrət Bəhaullah arasında münasibətlərin yaranmasına necə kömək etdiyini vurğulayır.

 

Həzrət Bəhaullah ilə inananlar arasında ruhani münasibətlər “ilahi Əhdə” əsaslanır ki, bu da ibadət, itaət, namazlar, On doqquz gün məclislərində iştirak, təvazökarlıq, davranışın əxlaqı, bəşəriyyətə xidmət, hər kəsə sevgi, ehtiram, ziyarətə getmək, Bəhai fonduna səxavətli və fədakar ianələr, eləcə də bir sıra digər öhdəliklər vasitəsilə yaradılan dərin əlaqə tələb edir. Beləliklə bu münasibət pul çərçivəsindən kənara çıxır. Söhbət Həzrət Bəhaullahı bu dövrün Allahın Məzhəri qismində qəbul etməkdən və ilahi Əhdə daxil olmaqdan gedir.

Ey əzəldən eşqin ilə əhdi peymanim Mənim,

Ta əbəd sevdayi zülfün, munisi canim Mənim... 

Bəhcı, Allahın Məzhəri Həzrət Bəhaullahın Məqamı

 

Bəhai fonduna ianələr qarşılıqlı əlaqəli öhdəliklər sisteminin cəhətlərindən yalnız biridir. Əgər insan Həzrət Bəhaullaha inanmırsa, Onun qanunlarına itaət etmirsə və ya Onu sevmirsə, bir kəsin malik olduğu şeyi Ona təklif etməsinin nə mənası var? Bəhai fondu Həzrət Bəhaullaha və inanana bir-birinə qarşı sevgi ifadə etmək imkanı verir. “Məni sev ki, mən də səni sevə bilim”, deyə Həzrət Bəhaullah buyurmuşdur. “Əgər sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz”.

İnananla Fond arasında münasibətin dərin bir cəhəti vardır və bu, inananın iqtisadi durumundan asılı olmayaraq gerçəkliyini saxlayır. İnsan ruhu Həzrət Bəhaullahı Allahın bu gün üçün Məzhəri kimi tanıyanda və ilahi Əhdə girəndə, o insan həyatını getdikcə daha çox ilahi məqsədlə bir ahəngə gətirməlidir - o, Allahın Əmrində əməkdaş olur və maddi vəsaitlərini, nə qədər cüzi olsa da, Əmrin işinə sərf etməyə izn verilməklə nemət əldə edir.

Ümumdünya Ədalət Evi

...Bəhai Fondlarının dəstəklənməsi Həzrət Bəhaullahın imanlarını elan etmiş ardıcılları üçün təyin etdiyi bir nemətdir.

Ümumdünya Ədalət Evi

Ümumdünya Ədalət Evi “Tək olan əsl Allahın havadarlığı, qüsursuz rəhbərliyi və himayəsi altındadır. Tanrı hər zaman onu səhvlərdən qoruyacaq və Öz müqəddəslik və qüsursuzluq qanadları altında müdafiə edəcəkdir”.

 

Bəhailərə öz həyatlarını Əhhdə uyğun qurmağa maneə olan hansı əngəllər mövcuddur? Səxavətli ianələr verməyə mane olan nədir? İanə bizim hər birimiz üçün nə deməkdir? Bizim ailəmiz, məktəbimiz və cəmiyyətimiz səxavətlilik haqında bizə nə öyrədir? Öz əmlakımızı ianə verməklə bağlı bizim hansı qorxularımız vardır? Biz Bəhai fonduna ianə verməyə hazırlaşan zaman nə barədə düşünürük? Biz bunu hansı münasibətlə edirik?? Biz xəzinədara necə münasibət bəsləyirik? Yaxud Fond qutusuna? Biz zərfin üzərində öz adımızı yazırıqmı?? Nə məqsədlə? Bəs niyə yox?

 

Bu və ya digər sualları özümüzə vermək bizə öz səyahətimizdə irəliləməkdə kömək edir. Bu suallara düzgün və ya yanlış cavablar mövcud deyildir, lakin bu vacibdir ki, biz ən azından ruhani inkişaf yoluna qədəm qoyuruq. Bu suallar bizim düşüncəmizdə növbəti təkan üçün vasitə kimi çıxış edir. Həzrət Bəhaullahın sevgisi sonsuzdur. “Həzrət Bəhaullahın təliminin mahiyyəti”, Həzrət Əbdül-Bəha buyurur, “hər şeyi əhatə edən sevgidir”. Bəhai fonduna ianələr haqqında heç bir sərt və sadə qaydalar mövcud deyildir; əksinə, hər kəsə sadəcə olaraq özünü səxavətliliklə bəzəmək tövsiyə edilir. 

Vermək və səxavətli olmaq Mənim sifətlərimdəndir; Xoş o kəsin halına ki, özünü Mənim məziyyətlərimlə bəzəyir.

—Həzrət Bəhaullah

“Çağlayan Çeşmə”nin bu buraxılışı sona yaxınlaşır. Aydın oldu ki, Bəhai fondu nadir bir imtiyazdır və özümüzə İlahi səxavəti açmaq üçün biz “öz həyatımıızı dayanmadan ilahi niyyətlə bir araya gətirməliyik”. Lakin biz bunu çətinləşdirə bilən psixoloji əngəlləri hələ nəzərdən keçirməmişik. Növbəti buraxılışda biz “doğru yaşamın sirrini” tapmaq məqsədilə bu maneələri necə ötüb keçmək lazım olduğunu araşdıracağıq. 

Biz çağlayan çeşmə kimi olmalıyıq, bir çeşmə ki, davamlı olaraq özünü tam boşaldır və görünməz mənbədən daima dolur. Yoxsulluq qorxusundan çəkinməyərək, bütün sərvətin və xeyirlərin Mənbəyinin kəsilməz nemətinə təvəkkül edərək, öz insanlarımızın xeyri üçün daima verici olmaq!  – doğru yaşamın sirri budur!

—Həzrət Şövqi Əfəndi

 

Səyahət davam edir...

Növbəti bölüm: Ənənəvi miras....

This site is administered by the National Spiritual Assembly of the Bahá'ís of Azerbaijan.  The material presented here was first published in 2001 through 2006.  For questions regarding this site kindly 

contact us at:  AzerbaycanBahaiIcmasi@gmail.com

© All rights reserved