Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur
4. Bəhaullahın Yeni Dünya Nizamı
və Mənim Zərfim
İnsanlar arasında iki zümrədən hakimiyyət alınmışdır: sultanlardan və din xadimlərindən.
—Həzrət Bahá’u’lláh
Hər bir Bəhai bilməlidir ki, bu məsələ [Bəhai fondu] ilə bağlı onun çiynində necə ciddi bir məsuliyyət vardır.
—Həzrət Şövqi Əfəndi
Vəsaitləri nə qədər cüzi olsa da, hamı iştirak etməlidir.
—Həzrət Şövqi Əfəndi
“Çağlayan Çeşmə”nin əvvəlki buraxılışlarında Bəhai fonduna münasibətdə fədakarlıq, səxavətlilik və ehtiram anlayışları qısa şəkildə müzakirə edilmişdir, bəs iştirak barədə nə demək olar? Bəhai icmasında kim bu prosesdə iştirak etməyə dəvət olunur? Biz görürük ki, ətrafımızdakı dünya sürətlə inkişaf edir. Qloballaşma və multikulturalizm istiqamətində hərəkət daim artır, onunla birlikdə isə dünyanın üzü dəyişir. Əvvəllər hakimiyyət, hüquq və məsuliyyət ənənəvi olaraq bir neçə nəfərin əlində cəmləndiyi halda, hal-hazırda hakimiyyət bölüşdürülmüşdür, təməl insan haqları tanınmışdır və belə bir artan qənaət mövcuddur ki, dünya qarşılıqlı əlaqədədir və nə qədər kiçik və ya böyük olmasından asılı olmayaraq bütün millətlər və xalqlar vahid böyük tama öz töhfələrini verirlər. Məhz bu kontekstdə Həzrət Bəhaullahın Zühuru Allahın yolunda ümumi töhfə üçün yol açır ki, bu da “dünya icmasının meydana gəlməsinin” ayrılmaz hissəsidir.
Dünya icmasının (toplumunun) yaranması, dünya vətəndaşlığı qavrayışı, dünya sivilizasiyasının və mədəniyyətinin meydana gəlməsi – bütün bunlar Bəhai Erasının Qızıl Əsrinin açılmasının ilkin mərhələləri ilə üst-üstə düşməlidir və öz mahiyyətləri etibarilə, bu dünyəvi həyat çərçivəsində insan cəmiyyətinin təşəkkül tapmasının ən son hüdudü kimi qiymətləndirilməlidir, baxmayaraq ki, insan bir fərd olaraq inkişaf edəcək, daha dəqiq desək, belə bir zirvəyə çatmanın nəticəsi kimi həqiqətən inkişaf edəcək, xeyr inkişaf etməli və tərəqqisini sonsuzluğa qədər davam etdirməlidir.
—Həzrət Şövqi Əfəndi
Yeniyetməlik vaxtı mən qədim tarixlə və böyük sivilizasiyaların dünyanı necə idarə etməsi ilə maraqlanırdım. Padşahların və hökmdarların əzəməti, onların hakimiyyəti və ali mütləqiyyəti, möhtəşəm sarayları, səltənətləri və taxt-tacı - bütün bunlar mənim təsəvvürümü məftun etmişdir. Mən tez-tez evimizin yanındakı kitabxanaya gedirdim ki, qədim Roma imperiyasına, Misir fironlarına və Fars hökmdarlarına həsr olunmuş kitablara və şəkillərə baxım. Öyrənmişdim ki, farslar özlərinin Şirazdakı paytaxtlarından demək olar ki, yer kürəsinin yarısını idarə edirdilər. Xatırlayıram ki, Persepolisdə Novruz bayramı münasibətilə bəxşişlər gətirmək üçün kralların sarayı qaşısında düzülmüş insan kütlələrini göstərən parlaq şəkillər məni çox maraqlandırırdı.
Persepolis in Shíráz where masses of people came to pay respect to the King and offer contributions
Persepolisin şəkillərinin birində hökmdarın hüzuruna gələrək onun iltifatını almaq üçün itaətlə başlarını əymiş insanlar mənim diqqətimi cəlb etdi. Mən atamdan insanların nəyə görə kral üçün bu qədər yemək gətirdiklərini soruşdum. Məgər onun yeməyi çatmır? Atam izah etdi ki, Həzrət Bəhaullahın Zühuruna qədər insanlar hökmdarlara fədakarlıqla ianə verirdilər ki, onlar dünya üçün dua etsinlər, öz krallıqlarının adından din xadimlərinə vəsaitlər verir, həmçinin kilsələr, məscidlər və monastırlar tikirdilər. Mənim atam bizim icmanın Hüququllah üzrə müvəkkili idi və o, söylədi ki, Həzrət Bəhaullahın Zühuru Allah yolunda ianə vermək məsuliyyətini hökmdarlardan alıb adi insanların üzərinə qoydu; və beləliklə, hamılıqla iştirak prinsipi yarandı.
Bəhai təlimi öz yeniyetməlik dövrünə çatmış, daim inkişaf edən bəşəriyyət üçün Allah yolunda fədakarlıqla ianə verməyin mahiyyətinin yeni mənasını açdı. Həzrət Bəhaullah tərəfindən 1863-cü ildə aşkar edilmiş Yeni Dünya Nizamı dünyada nemətlərin paylanması qaydasını tamamilə dəyişdi. Həzrət Bəhaullah əvəllər hökmdarlar tərəfindən idarə olunan dünya hakimiyyətini, təbii ehtiyatları və kapitalı alıb onları dünyadakı insanlar arasında paylaşdırdı. O, geniş kütlələr tərəfindən cəmiyyətin yaradılması fikrini bəsləyərək bəşəriyyəti demokratiyaya, sosial ədalətə, federallaşmaya və bərabərliyə nail olmağa təşviq etdi. 1860-cı illərdə Türk və İran hakimlərinin kral fərmanı ilə O, zindana salınanda, Həzrət Bəhaullah bəşəriyyət tarixində ən inqilabi ideyalardan birini irəli sürdü:
İnsanlar arasında iki zümrədən hakimiyyət alınmışdır: sultanlardan və din xadimlərindən.
—Həzrət Bəhaullah
Həzrət Bəhaullahın qabaqcadan verdiyi bu xəbər tezliklə həmin əsrin kəsişməsində həyata keçdi, belə ki, Türkiyə, İran, Rusiya, Fransa, İspaniya, Çin və bir çox digər ölkələr də daxil olmaqla dünyada bütün şahlıqlar bir-birinin ardınca adi insanların əlinə keçdi. Baxmayaraq ki, müasir dünyada hələ də bir neçə hökmdar qalmaqdadır, onlar xalqları idarə etmirlər, çünki “onların hakimiyyəti əllərindən alınmışdır”. Bəşər sivilizasiyasının inkişafında Həzrət Bəhaullah tərəfindən qabaqcadan müəyyən edilmiş məhz bu köklü dəyişiklik Allah yolunda fedakarlıq etməyə görə məsuliyyəti dünya sərvətlərini idarə edən hökmdarlardan alıb sosial statusundan, yaşından, cinsindən, təhsilindən, fəaliyyət növündən və maddi dəyərlərinin səviyyəsindən asılı olmayaraq hər bir insanın üzərinə qoydu. Dünyanın insanları öz həyatlarının hökmdarı oldular; bəhai icmasında kişilər və qadınlar Allah yolunda ianə vermək üçün bərabər hüquqludurlar, uşaqlar və gənclər isə tam səxavət və fədakarlıq dolu bir həyata qədəm qoymağa ruhlandırılırlar. Lakin insan şüurundakı bu irəliləyiş də xəbərdarlıq sözləri ilə müşayiət olunmuşdur.
Hər bir Bəhai bilməlidir ki, bu məsələ [Bəhai fondu] ilə bağlı onun çiynində necə ciddi bir məsuliyyət vardır...
—Həzrət Şövqi Əfəndi
“Hər bir” sözü mənə tamamilə aydındır, lakin “ciddi” məsuliyyətin mənasını başa düşmək üçün mən lüğətə baxmalı oldum. “Ciddi” vacib, qəti, tutarlı, həlledici deməkdir. Nemətlərin padşahlardan alınıb dünya vətəndaşlarına keçməsi bütün insanların üzərinə Allah yolunda səxavət və fədakarlıqla ianə vermək kimi “ciddi məsuliyyət” qoymuşdur.
Fonda ianə vermək ... bir ruhani imtiyazdır ki, heç bir inanan bundan imtina etməməlidir. Bu eyni zamanda həm məsuliyyət, həm də iltifat mənbəyidir.
—Ümumdünya Ədalət Evi
Bu sitatlar bizim Bəhai fondunda kim iştirak etməlidir sualına cavab verir: “hər bir bəhai”, çünki “heç bir inanan bu imtiyazdan imtina etməməlidir”. Əgər biz bəşəriyyətin yetkinlik dövründə əbədi inkişaf etməkdə olan Allah sivilizasiyasının bir hissəsi olmaq istəyiriksə, biz səxavətliliyə və fədakarlığa başqa cür yanaşmalıyıq. Bu böyümə dövrü üçün daha çox səciyyəvi olan dilə diqqət yetirək:
Ey Varlıq Oğlu! Məni sev ki, Mən də səni sevim. Əgər sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bunu bil, ey bəndə!
—Həzrət Bəhaullah
Uşaqlar hələ balaca olanda valideynlər heç vaxt deməzlər ki, “Məni sev ki, mən də səni sevim”, çünki onlar öz uşaqlarını əvəzində heç bir şey gözləmədən sevirlər. Allla sevgisi də bu cür şərtsizdir. Lakin uşaqlar böyüyəndə, onların valideynləri ilə münasibətləri də daha yetkin olur. Onlar öz valideynlərinin sevgisini daha yaxşı qiymətləndirmək üçün sevgi nümayiş etdirməlidirlər. Həzrət Bəhaullahın Zühurunda da eynilə bu cürdür, bəşəriyyətin yetkinliyinin bu dövründə Həqiqi Sevən biz özümüzü onun xeyir-duasından məhrum etməyək deyə sevgi tələb edir: “Əgər sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bundan agah ol, ey bəndə!”
Nəyə görə Bəhai Müqəddəs Yazılarında hamılıqla iştiraka bu cür diqqət ayrılır? Nəyə görə yazılar “hamı ... iştirak etməlidir” deyir? Bu suala dəqiq cavab olmasa da, bəhailər inanırlar ki, bir təbib kimi Bəhaulllah dünyaya bugünki spesifik problemlərin həlli üçün dərman vermişdir.
Hər şeyi bilən Təbibin barmağı bəşərin nəbzi üzərindədir. O, dərdi görür və qüsursuz hikməti ilə dərman yazır. Hər günün öz müşkülü var, hər qəlbin öz sevdası. Bu gün dünyanın dərdinə ehtiyac duyduğu dərman, sabah tələb oluna biləcək dərmanla heç vaxt eyni ola bilməz.
—Həzrət Bəhaullah
Biz çağlayan çeşmə kimi olmalıyıq, bir çeşmə ki, davamlı olaraq özünü tam boşaldır və görünməz mənbədən daima dolur. Yoxsulluq qorxusundan çəkinməyərək, bütün sərvətin və xeyirlərin Mənbəyinin kəsilməz nemətinə təvəkkül edərək, öz insanlarımızın xeyri üçün daima verici olmaq! – doğru yaşamın sirri budur...
—Həzrət Şövqi Əfəndi
Zaman dəyişib. Lap yaxınlarda, cəmi bir neçə onillik bundan əvvəl Sovet İttifaqında kolxozlar dövründə insanlar sərvət yığmırdılar. Bütün əmlak, evlər, torpaq sahələri, müəssisələr, zavodlar və hətta fermadan yığılan məhsul da dövlətə məxsus idi. Bu gün biz hər bir insanın nəyəsə malik olduğu fərqli bir dünyada yaşayırıq. Hətta uşaqların da öz otaqları, telefonları, kompüterləri və hərəkət vasitələri vardır. Mülkiyyət hüququ ilə yanaşı isə bizim qəlblərimizi, idrakımızı və əməllərimizi səxavətli olmağa və öz dünyamıza fədakarcasına ianə verməyə nizamlayan “ciddi məsuliyyət” gəlir. Bu cür nizam öz növbəsində, bizə vəd edildiyi kimi, bizi ali biliklərə, bəşəriyyətə sevgiyə gətirib çıxaracaq ilahi dərman kimi çıxış edəcək, bizə şəxsi ləyaqət hissi verəcək və qlobal çiçəklənməyə aparacaqdır.
Səxavətlilikdə etinasızlıq bəşəriyyəti bu dərmandan uzaqlaşdırır, tam bağlılıq, xudbinlik, eqo və tamahkarlıq dolu bir həyata sürükləyir. Bu cür arzuolunmaz həyatın əlamətləri bizim dünyada aşkardır və “İlahi Təbibin” məsləhəti tez ya gec yeganə xilas vasitəsi olacaqdır. Biz öz həyatımızda zəngin olduqca, müvafiq şəkildə öz səxavətlilik dərəcəmizi artırmalıyıq ki, hər zaman fədakarcasına verdiyimizə zəmanət verək. Biz heç bir şeydən qorxmamalıyıq; bizə həmin zənginliyi verən səxavətli Allah bizim piiyaləmizi təkrar-təkrar dolduracaq. “Doğru yaşamın sirri” də məhz bundadır!
Yaşadığımız cəmiyyətdə dəyişikliklərin necə sürətlə baş verdiyini inkar etmək olmaz. Bu, Həzrət Bəhaullahın Zühurunun böyük təsirinin sübutudur. Bizim həyatımız “İlahi Təbib” tərəfindən bizə verilmiş inciləri özümüz üçün açmağa imkan verən bir səyahətdir. Bu səyahət isə hamı üçün əlçatandır.
Bu səfərdə axtaran saysız dəyişiklik və çevrilişlərə, birləşmə və ayrılıqlara şahid olur. O, İlahinin möcüzələrini xilqətin sirlərində görür və hidayət cığırlarını və öz Rəbbinə gedən yolları tapır. Allahı axtaranların yetişdikləri məqam belədir, Ona can atanların çatdıqları zirvələr belədir.
—Həzrət Bəhaullah
Böyük yaxud uşaq olmasından asılı olmayaraq, hər kəs Əmrin Fondlarına ianə verə bilər.
—Həzrət Şövqi Əfəndi