Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur
Azərbaycan Bəhai İcmasında
Fond Hekayələr
Brinci Hekayə
Mənim adım İqandır. Mən 6 yaşında olarkən, anam bacılarıma və mənə Allahın yolunda səxavətli və fədakar töhfələr barədə və onların xeyir-bərəkət qapılarını necə açdıqları barədə hekayələr danışardı. O bizə Əbdül-Bəhanın hekayələrini danışar və Onun “Hər kim bir təqdirəlayiq hərəkət etsə, Allah ona on qatını verər” məsləhətini söyləyərdi. Valideyinlərim bir qayda olaraq mənə məktəbdə xərcləməyim üçün həftəlik xərclik verərdilər. Mən fasilələrdə dondurma və kekslər (snack-məzə) alardım. Bir həftə mən qərar verdim ki dondurma almayım və Allahın yolunda ianə vermək üçün pulumu yığım. Mənim böyük bacım və valideyinlərim bu qərarım qarşısında çox təəccübləndilər, çünki onlar dondurmanı necə çox sevdiyimi bilirdilər. Onlar məndən dəli olub olmadığımı soruşdular və mən onları yaxşı olduğuma dair əmin etdim!
Bir neçə həftə keçdi və anam məni və iki bacımı Məryəm nənənin ziyarətinə apardı. Onun 70 yaşı var və o başqa bir qonşuluqda yaşayır. Biz vaxtaşırı onu ziyarət edirik. Evə daxil olmamışdan qabaq biz ayaqqabılarımızı çıxarmaq üçün dayandıq və Məryəm nənə qollarını açaraq məni qucaqlamaq və öpmək üçün yaxınlaşdı, hərçənd ki, mən adətən bunu xoşlamırdım, amma o mənim sevimli nənəmdir. Ardınca o, mənə 20 manat uzatdı. Mən çox xoşbəxt və bir o qədər də çaşqın idim, çünki nənəm pulu bacılarıma yox, təkcə mənə verdi. Biz içəri keçəndən sonra o, bunun mənim keçən ay olmuş doğum günüm üçün olduğunu dedi. Mən pula görə o qədər xoşbəxt idim ki, onu əlimdən buraxmaq istəmirdim; ona görə yox ki, mənim pula ehtiyacım var idi, ya da heç vaxt 20 manat görməmişdim, ona görə ki, Həzrət Əbdül-Bəha öz sözünü yerinə yetirmişdi! Mən hiss edirdim ki, bu hədiyyə Ondandır və Onun dediyi kimi “Hər kim bir təqdirəlayiq hərəkət etsə, Allah ona on qatını verər”.