top of page

Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

11. Özünü bu Dünyanın

Zinətləri ilə Bəzə 

Əgər bir insan özünü bu dünyanın zinətləri ilə bəzəmək və gözəl libaslar geymək, yaxud onun verdiyi faydalardan bəhrələnmək istəsə, amma bu zaman heç nəyin onunla Allah arasına girməsinə icazə verməsə, bunun ona heç bir ziyanı yoxdur.

Həzrət Bəhaullah

 

Həqiqətən, Mən sizə deyirəm, bir zəngin Göydəki Mələkuta çətin girər. Və yenə də, Mən sizə deyirəm, dəvə iynə gözündən keçər, amma zəngin insan Allahın mələkutuna girə bilməz.

Həzrət İsa

Heç bir insan iki ağaya xidmət edə bilməz: zira o ya birinə nifrət edəcək, o birisini sevəcək, ya da birinə sadiq qalacaq, o birinə xor baxacaq. Siz eyni zamanda Allaha və sərvət bütünə xidmət edə bilməzsiniz.

—Həzrət İsa

Biri maddi zənginliyə aparan yoldur, digəri isə Nirvanaya aparan yol!

—Həzrət Budda

Zəngin olmaq və öz ehtiyaclarından artıq sərvət toplamaq əvvəlki dinlərin yazılarında heç vaxt təqdir edilməmişdir. Yazılardakı ümumi mövzulardan biri odur ki, zənginlik insanı şərə və iblisə aparır. Həzrət Bəhaullahın Zühuruna qədər Allahın hər bir elçisi insanları sərvət toplamamğa çağırır və onları xəbərdar edirdi ki, pul onlara Allahın dərgahına girməyə mane olar. 

Həqiqətən, Mən sizə deyirəm, bir zəngin Göydəki Mələkuta çətin girər. Və yenə də, Mən sizə deyirəm, dəvə iynə gözündən keçər, amma zəngin insan Allahın mələkutuna girə bilməz.

Həzrət İsa

 

“Çağlayan Çeşmə”nin ötən buraxılışlarında belə bir qənaətə gəlinmişdir ki, Həzrət Bəhaullahın Zühuru bəşəriyyət dünyasının təkamülündə yeni bir dövr açmışdır. Sərvətlərin bölünməsi Allahla insan arasında daha yetkin münasibətlərin möhkəmlənməsinə kömək etmişdir. Dünyadakı hökmdarlardan sərvətləri alıb onları bütün dünyanın sakinlərinə verməklə Allah elə bir mühit yaratmışdır ki, burada onun sifətlərindən biri olan səxavətlilik hamı üçün əlçatandır. 

Vermək və səxavətli olmaq Mənim sifətlərimdəndir; Xoş o kəsin halına ki, özünü Mənim məziyyətlərimlə bəzəyir.

Həzrət Bəhaullah

1800-cü illərdən başlayaraq Həzrət Bəhaullahın hakimiyyəti bütün dünyanın hökmdarlarından və din xadimlərindən aldığı və onu insanlar arasında paylaşdırdığı vaxtdan bəşəriyyətin yeniyetməlik dövrü başlayır. Bütün dünyanın sərvətlərinin insanlara etibar olunması, bəlkə də, Allahın bəşəriyyətin yetkinlik yaşını təsdiq edən ən açıq-aydın işarələrindən biridir. Valideynlər həddi-büluğa çatmayan uşağa evdə öz qaydalarını təyin etməyə və ya onun vəziyyətini dəyişməyə icazə vermirlər. Lakin bütün dinlərin tarixində ilk dəfə olaraq Allah buna icazə vermişdir; sərvətlər təkcə seçilmiş insanların deyil, hamının əlinə keçdi. Eyni zamanda Allah bunu yazılı surətdə təsdiq edir ki, əgər insan arzu edirsə özünü dünya zinətləri ilə bəzəyə bilər.

 

Bu inqilabi açıqlama öz həyatını bu dünyadan tərk olmaqla sürən, ziyarətə yollanmaq üçün başını qırxdıran və ağ paltar geyinən, yaxud dünyəvi arzulardan yaxa qutarmaq üçün uzun illər ərzində monastrlarda oruc tutan hər bir mömin insanı silkəməli idi. 

Əgər bir insan özünü bu dünyanın zinətləri ilə bəzəmək və gözəl libaslar geymək, yaxud onun verdiyi faydalardan bəhrələnmək istəsə, amma bu zaman heç nəyin onunla Allah arasına girməsinə icazə verməsə, bunun ona heç bir ziyanı yoxdur, zira Allah istər göylərdə, istər yerdə olsun, yaratdığı bütün yaxşı şeyləri,   həqiqətən Ona inanan bəndələri üçün hökm etmişdir. Ey insanlar, Allahın sizə izn verdiyi gözəl şeylərdən yeyin və özünüzü Onun ecazkar nemətlərindən məhrum etməyin. Ona şükrlər və təriflər edin və həqiqətən şükr edənlərdən olun.

Həzrət Bəhaullah

 

Həzrət Bəhaullahhın Təlimində aydın şəkildə buyurulur ki, bu dünya və burada olan hər bir şey insan üçün yaradılmışdır; o, “hər hansı bir şeyin Allahla onun arasında durmasına imkan verməyənə” qədər əldə edə biləcəyi hər bir nemətə sahib olmaq və həyatın verdiyi bütün səmərəli həzzlərdən istifadə etmək hüququna malikdir. Həzrət Bəhaullah insanı həyata maraq göstərməyə, dünyanın rifahı naminə səylə işləməyə, çalışmağa və bütün bəşəriyyət üçün yeni dünya nizamının qurulması məqsədilə Allahın Əmrində əməkdaş olmağa təşviq edir. 

İnsan ruhu Həzrət Bəhaullahı Allahın bu gün üçün Məzhəri kimi tanıyanda və ilahi Əhdə girəndə, o insan həyatını getdikcə daha çox ilahi niyyətlə bir ahəngə gətirməlidir - o, Allahın Əmrində əməkdaş olur və maddi vəsaitlərini, nə qədər cüzi olsa da, Əmrin işinə sərf etməyə izn verilməklə nemət əldə edir. Ona görə də, Fonda ianə vermək, Həzrət Bəhaullahı qəbul etməmiş insanlara açıq olmayan bir ruhani imtiyazdır ki, heç bir inanan bundan imtina etməməlidir. Bu, eyni zamanda həm məsuliyyət, həm də iltifat mənbəyidir.

Ümumdünya Ədalət Evi

 

Səyahət davam edir...

 

Növbəti bölüm:  Hələ Yazılır

bottom of page