top of page

Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

3. Mənim Yoxsulluğum və

Mənim Zərfim

Allah heç bir insandan onun qabiliyyətindən artığını istəmir. Bu ianələr bütün şəhərlərdən və kəndlərdən, Allahin bütün inananlarindan gəlməlidir... Bir savab iş görənə Allah on qatını verəcəkdir. Heç şübhəsiz, əbədiyaşar Allah səxavətli ruhlara kömək edər və onları məhkəmlədər. Qısası, ey Allahın dostları, əmin olun ki, bu ianələrin əvəzində, sizin ticarətiniz, kənd təsərrüfatınız, sənayeniz dəfələrlə xeyir-bərəkət alacaqdır.

—Həzrət Əbdül-Bəha

 

“Çağlayan Çeşmə”nin son buraxılışında biz fədakar ianələrin mahiyyəti barədə qısaca danışmışdıq. Həzrət Şövqi Əfəndinin və sevimli Ümumdünya Ədalət Evinin sözlərindən biz öyrəndik ki, Bəhai fonduna fədakar ianələr “ruhani inkişafı” sürətləndirir, “Allahın təyidini” cəlb edir və “ayrı-yrı insanların və ümumilikdə icmanın ləyaqət və özünəhörmət hissini” yüksəldir. Yaxşı, bəs ianə verməyə imkanı olmayan bəhailər necə olsun? Bəs uşaqlar, gənclər, tələbələr, xəstələr, yetimlər və işsizlər nə etməlidir? Şübhəsiz ki, Allah bizim imkanlarımızı başa düşür. 

…Hər bir Bəhai, nə dərəcədə imkansız olmasından asılı olmayaraq bilməlidir ki, bu məsələ ilə bağlı onun çiynində necə mühüm bir məsuliyyət vardır və əmin olmalıdır ki, Həzrət Həzrət Bəhaullahın Dünya Nizamında bir mömin kimi onun ruhani inkişafı, böyük ölçüdə, öz dininin İlahi təsisatlarını maddi yöndən dəstəkləmək üçün onun, doğrudan da, hazır olmasından asılıdır.

—Həzrət Şövqi Əfəndi

 

Mən ilk dəfə bu parçanı oxuyanda özümə yazığım gəldi, çünki mən ruhani inkişafımın fədakar ianələrdən asılı olduğunu başa düşdüm. O zaman mən bahalı şəhərdə hər hansı bir işə düzəlmək imkanı oolmaya yoxsul, gənc tələbə idim. Qəlbimin dərinliyində mən inanırdım ki, Bəhai fonduna ianə vermək öhdəliyindən azadam. Axı səxavətli ianələr və xeyriyyəçilik zəngin və imkanlı insanların işidir.  Mən o zamanlar o qədər yoxsul idim ki, hər gün nahar vaxtı oxuduğum institutdan 28 may küçəsində yerləşən dəmir yolu vağzalına qədər piyada gedirdim ki, nahara bir “Nizami”yə dönər kabab alım. 

Nizami Ganjavi was a 12th-century poet from Azerbaijan. He is considered the greatest romantic epic poet. His heritage is widely appreciated in the world!

    Doner Kebab                                                 Railway Station, Vaqzal

“Nə qədər yoxsl olmasından asılı olmayaraq, hər bir bəhaiyə” ünvalanmış yuxarıdakı sitatı oxuduqdan sonra mən Bəhai fonduna ianə verməkdən azad oluna biləcəyimi Allaha sübut etmək imkanına malik olmağım üçün öz maddi-məişət şərtlərimi riyazi nöqteyi-nəzərdən hesablamağa başladım. Mən qələm və kağız götürüb öz otağıma çəkildim və özümün bütün xərclərimi, eləcə də mənə məxsus olan bütün əşyaları qeydə aldım. Mən tez-tez növbəti model cins üçün on-on beş “şirvan” verdiyimə diqqət yetirdim. Mənim həmçinin mobil telefonum, böyük ayaqqabı seçimim, zövqlü qış paltom, papaqlarım, cib dəsmallarım, müxtəlif kostyumlarım var idi. Mən hərəsi beş “şirvan” olmaqla ayda iki dəfə saçımı qırxdırırdım. Bu siyahı beləcə davam edirdi. O, üçüncü səhifəyə çatdıqda, mən başa düşdüm ki, öz-özümlə sona qədər səmimi olmamışam; mən Fonda ianə verməkdən azad olmağa iddia etmək üçün, başqa sözlə desək, özümü ruhani təyiddən məhrum etmək üçün özüm üçün bəraət yaradırdım. Həmin gecə mən dərin böhran və vicdan əzabına düşdüm. Başqa birisi məni aldatmış olsaydı, bu artıq kifayət qədər pis olardı, lakin özün-özünü aldatdığını başa düşdükdə bu sadəcə ürəyi dağıdır. Mən öz əməllərim barədə fikirləşdikcə, depressiyam daha da dərinləşirdi, o vaxta qədər ki, nəhayət bir gün mən Həzrət Əbdül-Bəhanın məni bütün həyacanlardan xilas edən sitatına rast gəldim.

... Allah heç bir insandan onun qabiliyyətindən artığını istəmir.

—Həzrət Əbdül-Bəha

Bəhai Foduna ianə vermək “nə qədər yoxsul olmasından asılı olmayaraq, hər bir bəhai” üçün nəzərdə tutulmuş “onun imkanlarına uyğun” bir imtiyazdır. Nə qədər dərin və düşünməyə sövq edən bir fikirdir. Bu illər ərzində mən özümü bizim icmadan olan həkimlərlə, mühəndislərlə, alimlərlə, professorlarla və biznesmenlərlə müqayisə edir və özbaşına olaraq özümü bu nadir imtiyazda azad edirdim. Əgər Allah “qəlbdən onun imkanlarından artığını tələb etmirsə”, o zaman mənim etməli olduğum şey öz maliyyə imkanlarımı ölçüb biçmək və şəxsi vəsaitlərimə uyğun olaraq ianə vermək idi. 

Həzrət Əbdül-Bəhanın yazılarından olan bu ayə məni həm dərin iztirab üzüntülərindən, həm də Allah tərəfindən təyin edilmiş imtiyazdan özümü məhrum etmə faktından xilas etdi. Bu, mənim öz həyatımı yenidən qiymətləndirməyimə səbəb oldu və həyata baxışımı dəyişdi. Mən əvvəlki kimi iki həftədən deyil, üç həftədən bir saçımı qırxdırmağa başladım, ən yeni telefon markalarının alışında dostlarımla yarışmağa son qoydum və hər ay yeni paltar və ayaqqabı almaq əvəzinə paltarlarımı kimyəvi təmizləməyə aparmağa və ayaqqabılarımı özüm parıldatmağa başladım. Mən həmçinin daha keyfiyyətli nahar etməyə və öz sağlamlığımın qeydinə qalmağa başladım. Hər dəfə imkan olanda mən piyada gəzirdim ki, bununla Bəhai fondu üçün daha bir qədər pula qənaət edim. Öz gəzintilərim zamanı mən tez-tez vaxtımı Əmrə xidmətə fədakarlıqla həsr etmək imkanları barədə düşünürdüm. 

 

Mən könüllü olaraq Bəhai mərkəzində döşəmələri və pilləkənləri yumağa başladım. Bayramların birində mən nəhayət ki, öz yoxsulluq qorxumu adlamaq üçün özümdə kifayət qədər cəsarət tapa bildim. Mən çəkinmədən öz zərfimi bilavasitə xəzinədara verdim və bunu müntəzəm əsasda edəcəyimə söz verdim. Mən anladım ki, əgər Allahım insan qəlblərindən onların imkanlarından artığını tələb etmirsə, o zaman mən nəyə görə utanmalıyam. Mən zərfə “beş şirvanlıq” əskinaz qoydum ki, bu mənim üçün həqiqətən böyük məbləğ idi. Dostlarımdan bəziləri gördülər ki, mən zərfə beş “şirvan” qoyuram və təlaşa düşərək mənə əlləri ilə bunun “bir yox, beş” olduğunu göstərən işarələr verməyə başladılar. Lakin onların xəbərdarlığına ehtiyac yox idi. Mən buna görə yoxsullanmadım və Həzrət Bəhaullah öz ağlasığmaz üsulları ilə mənə həmişə həyatda zəruri olan hər şeyi verirdi. Mən daha xoşbəxt və özümə, ailəmə, qonşularıma, qohumlarıma və öz icmama qarşı daha səxavətli oldum. Yalnız sonralar, geriyə dönüb baxdıqda mən başa düşdüm ki, mənim bütün həyata baxışım dəyişmişdir.

Bundan da böyük nemət təsəvvür etmək olarmı ki, bir insan dönüb özünə baxanda görsün ki, Allahın təyidverici fəzli ilə o, öz qardaşları üçün sülh və rifah, xoşbəxlik və irəliləyiş səbəbi olub? Xeyr, Haqq Allaha and olsun, bundan daha böyük səadət, daha kamil həzz ola bilməz.

—Həzrət Əbdül-Bəha

          One Shirvan                                                                                                  Five Shirvan

Həmin dövr ərzində İtaliyadan Bakıya azərbaycanlı bəhai gəlmişdir. O, yaşlı centlmen idi. Onu baba və nənələrinin bir tərəfi Bakıdan, digər tərəfi Təbrizdən idi. Onların ailəsi bolşeviklər Bakını tutduqları zaman Avropaya köçmüşdü. O, çox xeyirxah insan idi və hər gün köhnə Bəhai mərkəzinə gələrdi. Belə səfərlərin birində, çay içdiyimiz zaman  o, maliyyə vəziyyətindən asılı olmayaraq Bəhai fondunda hamılıqla iştirakın əhəmiyyətindən danışdı. O dövrlər Azrəbaycan çətin vaxtlar yaşayırdı. Müharibə təzə qutarmışdır, və Dağlıq Qarabağdan olan təxminən 500.00 azərbaycanlı öz ev-eşiklərini məcburi surətdə tərk etmişdi, onların müdafiəsi, sağlamlığı və təhlükəsizliyi üçün resurslar çatışmırdı. İş yerləri demək olar ki, yox idi, zavodlar bağlanmış, kənd təsərrüfatı, ticarət və istehsal donmuşdu. İtaliyadan olan centlmen fədakar ianələr barədə və bu ianələrin onun ruhani inkişafına necə kömək etdikləri olması haqqında danışdı.

Bəhai mərkəzindəki camaat istehzalı təbəssümlə qulaq asırdı. Biz qonağa izah etdik ki, o, müharibənin reallıqlarını başa düşmür və hazırki vəziyyətimiz bizi Fonda ianə verməkdən azad edir. Biz dedik ki, bizim aramızda gənclər, yetimlər, subaylar, yeni evlənmişlər, təhsil alanlar, işsizlər, müflis olmuşlar, pionerlik edənlər və Dinin institutlarında xidmət edənlər vardır. Allah yolunda səxavətlə ianə verməyi sonraya saxlamaq üçün bizim saysız-hesabsız səbəblərimiz vardır. Qonaq bizim hamımızı canıyananlıqla dinlədikdən sonra cavab verdi ki, müharibələrin, aclığın, ailə vəziyyətinin, işin, Əmrə xidmətin və hətta pionerliyin Allahın hər bir fərdə ianə vermək və səxavətli olmaq çağırışı ilə heç bir əlaqəsi yoxdur, nə qədər ki, biz bunu dərk edirik:

... Allah heç bir insandan onun qabiliyyətindən artığını istəmir.

—Həzrət Əbdül-Bəha

 

O, öz fikrini bölüşmək üçün məzəli analogiyadan istifadə etmişdir. Fleyta hər iki tərəfdən dəlikləri olan içiboş bambuk parçasından hazırlanmış musiqi alətidir və yalnız yuxarı tərəfdən üfləyəndə ahəngdar səs çıxarır. “Allah hər hansı bir insandan onun imkanlarından artığını tələb etmədiyi” halda özümüzü ianə vermək imtiyazından məhrum etmək, fleytanı əks tərəfdən çalmağa çalışmaq kimidir. 


O, dedi ki, hətta Həzrət Bəhaullah öz missiyasının ən keşməkeşli vaxtlarında da fədakarlıqla və səxavətlə verməyə həmişə hazır olmuşdur. 1868-ci ildə Həzrət Bəhaullah öz tərəfdarları ilə birlikdə Əkka qalasına daxil olduqda onlar hamısı Ən Böyük Zindana salınmışdılar və yerli idarəçilər tərəfindən onlara qarşı çox sərt davranılırdı. İlk bir neçə gün ərzində onlara yemək və su verməkdən imtina edilmişdir və tezliklə bundan sonra Həzrət Bəhaullahın üç yoldaşı xəstələnib həlak olur. Zindan rəhbərliyi dəfn xərclərinin əvvəldən ödənilməsini tələb etmişdir. Həzrət Bəhaullah malik olduğu yeganə şeyi - dua xalçasını son dərəcə böyük səxavətlə vermişdir ki, onu bazarda satıb dəfn xərclərini ödəmək olsun. O, özünü bundan azad etməmiş və ya gözləməmişdir ki, yetmiş tərəfdaşından biri dəfn üçün pul yığsın. 

Dağlıq Qarabağ müharibəsi zamanı baş verən çətinliklər işığında qonağımız Birinci Dünya müharibəsinin Fələstinə gətirdiyi problemlərdən danışmağa davam etdi. Nəqliyyat sistemi dağıldığı zaman Həzrət Əbdül-Bəha Fələstin xalqı üçün buğda yetişdirmək üçün öz kənd təsərrüfatı sahələrindən istifadə etmiş və təsərrüfat işləri üçün böyük bəhai qrupu təşkil etmişdir. Həzrət Əbdül-Bəha bütün məhsulu, artıq bir neçə ay ərzində mərkəzi hökumətdən buğda almayan Hayfa və Əkka şəhərlərinin yerli əhalisinə tam səxavət və fədakarlıqla bəxş etmişdir. O, həmçinin yerli fermerləri məhsuldarlığı artırmaq üçün müxtəlif dənli bitkilərin əkinini dəyişməyə öyrətmişdir. Bu cür təmənnasızlıq və alicənablıq Osmanlı imperiyasından dərhal sonra Fələstində idarəçiliyi həyata keçirən Britaniya hökuməti tərəfindən diqqətə alınmış və Həzrət Əbdül-Bəhanın xeyriyyəçiliyini qiymətləndirmək üçün hökumət Ona zadəgan rütbəsini vermişdir. Hətta müharibə vaxtı belə Həzrət Əbdül-Bəha Allah yolunda fədakarlıqla ianə verməkdən çəkinməmişdir.

‘Abdu’l-Bahá's selfless farming and contributing His harvest to feed the people with utter generosity was recognized by the local government

Hər kəsə həvalə olunmuşdur ki, Əqsana [Həzrət Bəhaullahın ailəsinə] sevgi göstərsin, lakin Allah onlara başqalarının mülkü üzərində heç bir haqq verməmişdir.

Həzrət Bəhaullah

 

Bundan başqa, qonaq danışırdı ki, dostların Həzrət Əbdül-Bəhaya Əhdin Mərkəzi kimi vəsaitlər yollamasına baxmayaraq, o, başqasının əmlakından istifadə etməyi mümkün hesab etmirdi. Şəxsi xərclərinə də, xeyriyyəçilik işlərinə də O, yalnız şəxsi vəsaitlərindən istifadə edirdi. 

Allah yolunda ianə vermək imkanına malik olmaq üçün Həzrət Əbdül-Bəha müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olur və öz xərclərinin və yaxınlarının xərclərini öz qazancından ödəyirdi. 

İnsanların ən yaxşısı o kəslərdir ki, öz peşələri ilə yaşamaq üçün vəsait qazanırlar, onu özlərinə və Allah sevgisi xatirinə qohumlarına xərcləyirlər...

Həzrət Bəhaullah

Müqəddəs ailənin dustaq olduğu illərdə Həzrət Əbdül-Bəha toxumağı öyrənmişdir, həmçinin O, fermerliyi və kənd təsərrüfatını çox sevirdi. Müxtəlif bitkilər əkmək və müxtəlif mövsümlərdə təcrübədən keçirmək üçün O, Fələstində kənd təsərrüfatı sahələri almışdır. Həzrət Əbdül-Bəhanın kənd təsərrüfatındakı uzaqgörənliyi və yenilikləri yeni tendensiyaların başlanğıcına səbəb olmuşdur. Məsələn, o, bəzi fermerlərə qabığı kinə ilə zəngin olan evkalipt ağacının bir növünü yetişdirməyi öyrətmişdir; bu ağaclar malyariya ilə mübarizə aparmağa kömək etmiş, iqlimin soyumasına şərait yaratmış və yaxşı oduncaq mənbəyi kimi xidmət etmişdilər. 

 

O, fermerlərə geniş yayılmış buğda və arpadan başqa, türk qozu, mərcimək, paxla, pomidor, banan, sitrus meyvələri, nar, alma, armud və şirin qarğıdalı əkməyə başlamağı, həmçinin mal-qara, qoyun, keçi və ev quşları saxlmağı məsləhət görürdü. Həzrət Əbdül-Bəha Hindistandan gətirilmiş zoğlardan istifadə etməklə banan yetişdirilməsini məişətə daxil etmişdir, həmçinin o, fermerləri sənətkarlıq və kiçik kənd təsərrüfatı istehsalı ilə məşğul olmağa səsləyirdi. Zaman keçdikcə Həzrət Əbdül-Bəha fermerlər üçün effketiv təlim proqramı yaratmış və məhz Allaha sevgidən yaranan bu xeyriyyəçilik əməlləri Ona Per Rütbəsini qazandırmışdır. 

1911-1912-ci illərə Avropa və Şimali Amerikaya səyahət zamanı özünün bütün xərclərini və Onunla gedən həmsəfərlərin yol xərclərini ödəmişdir və O, bunu eyni vaxtda öz ailəsi üçün Hayfada Yeddi Haparsim küçəsində evin tikintisini maliyyələşdirməklə edə bilmişdir. Qərbə iki ildən artıq davam edən səfər zamanı dostlar Həzrət Əbdül-Bəhaya bir çox maddi nemətlər təklif etmişdilər, lakin O, bunlardan iltifatla imtina edir və dostlara Allah yolunda ianə verməyi məsləhət görürdü. Dostlar belə də etdilər və nəticədə bir müddətdən sonra Çikaqoda Qərbdə olan birinci Məşriqul-Azkar (Bəhai Məbədi) tikilmişdir. 

‘Abdu’l-Bahá took a number of guests with him to the West in 1912

‘Abdu’l-Bahá saved income from farming to build a house on Haparsim Street around 1910

 

İtaliyadan olan qonağımız öz hekayəsini aydın bir nəticə ilə başa vurdu - Həzrət Əbdül-Bəha fermerliklə zəngin olmaq üçün məşğul olmurdu, bu, Onun sadə həyat tərzindən də görünürdü, lakin nemətlərin bolluğu fleytada düzgün tərəfdən çalanlar üçün ümumbəşəri bir melodiya ola bilər. Fədakar ianə nəcib olmalıdır ki, onun nəticəsi də nəcib olsun.

Allah heç bir insandan onun qabiliyyətindən artığını istəmir. Bu ianələr bütün şəhərlərdən və kəndlərdən, Allaha bütün inananlardan gəlməlidir... Bir savab iş görənə Allah on qatını verəcəkdir. Heç şübhəsiz, əbədi Allah səxavətli ruhlara kömək edər və onları məhkəmlədər.

Həzrət Əbdül-Bəha

Bu Səxavət Kitabıdır ki, Əbədiyyət Sultanı tərəfindən nazil edilmişdir. Kim özünü bu məziyyətlə bəzəyərsə, özünü fərqləndirmişdir və Mərhəmət Sahibi tərəfindən Onun uca Cəlal Mələkutundan xeyir-bərəkət alacaqdır.

Həzrət Bəhaullah

Səyahət davam edir...

 

Növbəti bölüm: Həzrət Bəhaullahın Yeni dünya nizamı... 

This site is administered by the National Spiritual Assembly of the Bahá'ís of Azerbaijan.  The material presented here was first published in 2001 through 2006.  For questions regarding this site kindly 

contact us at:  AzerbaycanBahaiIcmasi@gmail.com

© All rights reserved

bottom of page