Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur
Bəhai İanəsi,
Səxavətlilik
və
Doğru Yaşamın Sirri
Biz çağlayan çeşmə kimi olmalıyıq, bir çeşmə ki, davamlı olaraq özünü tam boşaldır və görünməz mənbədən daima dolur. Yoxsulluq qorxusundan çəkinməyərək, bütün sərvətin və xeyirlərin Mənbəyinin kəsilməz nemətinə təvəkkül edərək, öz insanlarımızın xeyri üçün daima verici olmaq!
– doğru yaşamın sirri budur!
–Həzrət Şövqi Əfəndi
Doğru
Yaşamın
Sirri
Gəlin bu Səfərdə Mənə Qoşulun!!
Salam!
Mənim adım Kübradır; ən sevdiyim rəng narıncıdır və bu saytda sizi qonaq etməyimə çox şadam. “Doğru Yaşamın Sirri”ni tapmaq üçün öz səfərimə mən Azərbaycanın paytaxtı Bakı şəhərində, hələ yeniyetmə olarkən başlamışam. Təbii ki, o günlərdən bəri çox şeylər dəyişib. Mən artıq böyümüşəm, daha yetkinəm, boyum uzanıb və hətta yeni saç stilim var! Lakin əmin ola bilərsiniz ki, mənim “Doğru Yaşamın Sirri”ni tapmaq üçün səfərim hələ də davam etməkdədir...
Sevgi dolu bir ürəklə mən sizi bu səfərimdə mənə qoşulmağa və bu ecazkar Sirlərin üstünü açmağa dəvət edirəm. Tam arxayın olun ki, bu xidmət yolunda atdığınız hər bir cəsarətli addımla sizin qəlbinizə bütün nemətlərin mənbəyindən axan təyidlər və bəxşişlər vasitəsilə minlərlə sirr açılacaqdır. Nə qədər irəli getsəniz, bir o qədər çox görəcəksiniz! Həyatınızın ən maraqlı səfərindən həzz alin və bəxtəvər olun. Mənimlə hərdən bir əlaqə saxlamağı da unutmayın…
Sayt Administratoru
Salam, mənim adım Məryəmdir. Sevimli rənglərim ağ və qaradır və mən bu səfərdə sizin inzibatçınızam. Mən “Doğru Yaşamın Sirri”ni tapmaq səfərimə uşaqlıq dövrümdə başladım. Mənim anam Ruhani Məhfilin xəzinədarı idi və o dəfələrlə mənə Allahın yolunda səxavət və fədakarlıqla xidmətə qalxmaq haqqında danışardı. O deyərdi ki, Allah sənə böyük bərəkət verər. Uşaq vaxtı mən bunu başa düşmürdüm. Hərçənd mən heç vaxt milyonçu olmasam da, “Doğru Yaşamın Sirri” mənə elə bir nemətlər bəxş etdi ki, mən onları bütün dünyanın xəzinələrinə dəyişmərəm. Mənim səfərim davam edir və bu gün mən öz qonşuluğumdakı uşaqlara sevgi və yenidən canlanmış səxavət hissi ilə xidmət edirəm. Mahiyyətcə mən şüurlu surətdə öz xalqıma xidmət edirəm.
Bu sayt sizin məmnunluqla oxumanız üçün hazırlanmış altı əsas və alti əlavə səhifədən ibarətdir. Sayt ingilis, rus və türk dillərinə tərcümə olunub.
Zərf
Mən sizin Zərfinizəm! “Doğru Yaşamın Sirri”ni aşkar etmək səfərində mən sizin ən yaxın dostunuzam. Mən ən azı 150 ildir bu səfərdə addımlayanların əlindən tutaraq yoldayam və onlar İlahi nemətlərin faydalarını görəndə vəcdə gəlirəm.
Mən sizin əlinizdən tutmuşam və bu yolda mənimlə birgə addımlamağa təşviq etmişəm. Bəziləri məni bir kənara qoyub mənimlə gəlmədi, digərləri məni öz qəlblərində şübhə qorxusu ilə saxladı, bir başqaları isə yalnız öz icmalarına maliyyə cəhətdən dəstək olmaq məqsədi ilə məndən istifadə etdi. Amma sizin bu yolda mənimlə bir yerdə necə addımlayacağınız barədə seçiminizdən asılı olmayaraq sizə həmişə səmimi və gerçək bir dost olaraq qalmışam. Bu səfərdə “Doğru Yaşamın Sirri”ni sizin qəlbinizə pıçıldayan məhz mənəm. Mənimlə gəlin və xatircəm olun...
Bu Sirlər heç vaxt sözlə səslənməyəcək, lakin siz mənə yaxın olduqca qəlbinizin səhifələri üzərinə tədricən həkk olunacaqdır! Elə isə gəlin birlikdə öz səyahətimizə başlayaq...
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam!
Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam!
Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş, Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.
-İmadəddin Nəsimi