Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur
6. Ruhani Məhfil, Onun Xəzinədarı
və Mənim Zərfim
...ümumi xarakterli, ehtiyatla ifadə olunmuş və təmkinli tərzə malik müraciətlər hər bir şəraitdə bəyənilsə də, [bununla belə] Əmrin təbliği üçün verilən ianənin təbiəti, miqdarı və məqsədi barədə qərar tamamilə hər bir inananın öz ixtiyarına buraxılmalıdır.
—Həzrət Şövqi Əfəndi
Əmrin maraqlarının o yer və ya ölkədə irəlilədilməsi kimi birmənalı məqsəd üçün bütün bəxşişlər və ianələr Ruhani Məhfilin Xəzinədarına verilməlidir.
—Həzrət Şövqi Əfəndi
“Çağlayan Çeşmə”nin ötən buraxılışlarında biz Bəhai fondunun ilahi iltifatlarının açılmasında şəxsiyyətin rolunu müzakirə etmişdik. Həzrət Əbdül-Bəha və Əkkadan olan mömin haqqında hekayə inadkar daxili səsimizin bizi “Müqəddəs Ruhun şəfaverici və canlandırıcı şüalarından” nə cür tutub saxlaya bildiyinə dair yaxşı misal idi. Bu buraxılışda biz Ruhani Məhfilin və onun xəzinədarının məsuliyyətini nəzərdən keçirəcəyik. Dostların “bəhai ianələri ilə bağlı ruhani prinsiplər” əsasında tərbiyə almasının “birbaşa və qaçılmaz məsuliyyətində” Ruhani Məhfil fəal surətdə iştirak edir. Bu məsuliyyət o qədər əhəmiyyətlidir ki, Ümumdünya Ədalət Evi Ruhani Məhfillərə “dostların maarifləndirilməsindəki çatışmazlıq onları Allahın yolunda ianə verməkdən gələn ruhani bərəkətdən şüurlu şəkildə məhrum etməyə bərabərdir” barədə xəbərdarlıq edir.
Dostların Əmrin Fondlarına ianə verməsi kimi müqəddəs öhdəliyinin nəticəsi hər bir Yerli və Milli Ruhani Məhfilin birbaşa və qaçılmaz məsuliyyətidir ki, onları Bəhai ianəsinə aid olan ruhani prinsiplər barədə maariflədirsinlər. Əmrin bu cəhətində dostların maarifləndirilməsindəki çatışmazlıq onları Allahın yolunda ianə verməkdən gələn ruhani bərəkətdən şüurlu şəkildə məhrum etməyə bərabərdir.
—Ümumdünya Ədalət Evi
Dostlar mütləq Əmrin bu və ya digər milli təsisatlarını maliyyə cəhətdən dəstəkləməyə təşviq olunmalı, hətta sövq edilməlidirlər. Lakin heç bir halda bu, onlardan tələb olunmamalıdır.
—Həzrət Şövqi Əfəndi
Yuxarıdakı parça göstərir ki, Ruhani Məhfil yalnız inananlara Bəhai fonduna kömək göstərməyi xatırlamağa görə deyil, həm də onlara ianələrin “ruhani prinsiplərini” öyrətməyə görə məsuliyyət daşıyır. Bu “ruhani prinsiplər” “Çağlayan Çeşmə”nin ötən buraxılışlarında müzakirə olunmuşdur və səxavətliliyi inkişaf etdirməyin vacibliyini, bizim fədakarlıq qabiliyyətimizin və sədaqət ruhunda ianə vermək qabiliyyətimizin artırılmasını və Əmrə fəal surətdə xidməti özündə birləşdirir - və bütün bunlar hamısı ondan ötrüdür ki, biz qəlblərimizi “Allahın təyidinə aça, şəxsi ləyaqət və özünəhörmət hissimizi möhkəmləndirə və öz ruhani tərəqqimizi gücləndirə” bilək.
Həzrət Şövqi Əfəndi, Bəhai Dininin Əmrin Vəlisi
Eynilə inanların Bəhai fonduna münasibətdə öz öhdəliklərini yerinə yetirməyə can atmaqları kimi, bu, Ruhani Məhfillərin xəzinədarlarının da vəzifəsinə daxildir. İnananlar öz qorxularına üstün gəlməli və fədakarlıq ruhunda, lakin özlərinə və himayələrində olan qohumlarına ziyan vurmadan öz ianələrini verməlidirlər. Eynilə, Ruhani Məhfilin xəzinədarları da balans yaratmalıdırlar. Onlar öz qorxularına üstün gəlməli və inananları maarifləndirməlidirlər, lakin bu zaman onları Fonda və icmaya ziyan gətirə biləcək məcburiyyətə sövq etməməlidirlər.
... Mən bir şeyi sizə xatırlatmağa ehtiyac duyuram ki, siz hər zaman bir əsas prinsipi yadda saxlamalısınız - Fonda verilən bütün ianələr müstəsna şəkildə və qəti surətdə yalnız könüllülük əsasında edilməlidr. Bu hər kəsə aydın və aşkar olmalıdır ki, nə qədər cüzi və ya dolayısı ilə olsa da, hər hansı bir formada məcburiyyət lap başlanğıcından Fondun formalaşmasının əsasına dayanan təməl prinsipə zərbə vurur.
—Həzrət Şövqi Əfəndi
Fondun mahiyyətinin əhəmiyyəti barədə təlimlərin keçirilmədiyi icmalarda dostların hamısı cəlb olunmamışdır, çünki onlar müntəzəm və hamılıqla iştiraka dair ruhani prinsip barədə xəbərdar deyildirlər. Beləliklə təlimin çatışmaması iştirakda qeyri-müvazinətə gətirib çıxarır - inananların bəziləri Bəhai fonduna böyük məbləğdə ianələr verir, digərləri isə tamamilə iştirak etmirlər. Birinci qrup, bir qayda olaraq, şəxsi həyatında uğura nail olur, ikinci isə yeriində çabalayır. Öz ruhani inkişafımız üçün biz bununla kifayətlənməməliyik; icma hamılıqla iştirak vasitəsilə əldə edilən birliyə can atmalıdır.
İanə vermənin əhəmiyyəti onu verənin fədakarlıq dərəcəsinə, bu ianənin verildiyi sədaqət ruhuna və dostların bu xidmətdə birliyinə söykənir.
—Ümumdünya Ədalət Evi
Qloriya Feyzi tərəfindən Afrikadakı çox kiçik bəhai icması barədə danışılan hekayə mənə Bəhai fondunda vahid, hamılıqla iştirakın gücünü başa düşməyə kömək etdi. O, nəql edirdi ki, On-Doqquz-Gün məclislərinin birində Ruhani Məhfilin xəzinədarı Bəhai fondu haqqında tədris materialları təqdim edir və Allahın xeyir-duasını və Səma qoşunlarının köməyini cəlb edəcəyini anladır. Onların icması heç vaxt Bəhai fondunda tam dəyərli iştirak etməmişdilər, lakin həmin axşam hamı, o cümlədən uşaqlar öz töhfələrini vermək qərarına gəlirlər. Bayramın sonunda xəzinədar ayrıca otaqda bütün zərfləri açır və ianələri hesablayır. Hamısı bir yedə üç dollar on sent yığılmışdır.
İcmanın yaşlı üzvləri onların icmasının bu məhdud vəsaitlə dinin yayılması tədbirləri keçirməsinin mümkün olmadığına əminliklə çox pərişan olurlar. Lakin on iki yaşlı bir yeniyetmə bildirir ki, “Əgər Səma qoşunları bizim üç dollar on sentlə Dini yaya biləcəyimizi söyləyirsə, bu, o deməkdir ki, biz bunu edə bilərik”.
Məclisi tərk etməmişdən əvvəl Ruhani Məhfilin katibi bəhai kitabı alır və evə gedəndə onu avtobusda oxumağa başlayır. Dayanacaqların birində avtobusa bir adam daxil olur və onun yanında oturur. Bir neçə dayanacaqdan sonra həmin adam ondan nə oxuduğunu soruşur və o, bunun bəhai kitabı olduğunu söyləyir. Bir neçə dayanacaq keçdikdən sonra həmin adam Bəhai Dini barədə soruşur. Katib ona Din barədə danışmağa başlayır və o, deyir ki, ona bu avtobusa minmək və Bəhai dini barədə eşitmək xoşbəxtliyi nəsib olmuşdur; belə ki, o, son yeddi ildə ilk əfə idi ki, avtobusla gedirdi!
Həmin şəxs məşhur bir qəzetin redaktoru idi. O, avtobusdan düşəndə kitabı müvəqqəti oxumağa götürüb sonra bəhai icmasına baş çəkə bilərmi deyə soruşur. Növbəti həftə redaktor icmaya fotoqraf və müxbir göndərir və qəzetdə Bəhai dini haqqında 14 məqalədən ibarət seriya dərc olunur. Eyni zamanda o, dinin yayılması istiqamətində müxtəlif tədbirlərin keçirilməsi üçün öz şirkətinin zalından istifadə etməyə icazə verir və Bəhai dini haqqında radioda iki proqram və iki televiziya proqramı təşkil etmək üçün öz əlaqələrindən istifadə edir. Üç dollar on sent 14 məqalə dərc etməyə, radioda iki proqram və iki televiziya proqramı təşkil etməyə imkan vermişdir - bu, İlahi kömək və xeyir-duanı cəlb etmək üçün maariflənmə gücü və iştirakda birlik əsl sübutdur.
Bizim xəzinədar elektrik enerjisi və suya görə nə qədər ödədiyimiz barədə hesabat verən zaman şəxsən mənim üçün kommunal xərclərin ödənməsinə töhfə verməyimi təsəvvür etmək çətindir, lakin o, səxavətli və fədakar ianələr haqqında Bəhai yazılarını oxuduğu vaxt mənim qəlbim və ruhum Müqəddəs Yazıların rayihəsi ilə oyanır və mən dərin düşüncə üçün ruhlanıram və bu, mənə bəşəriyyətin təkamülü istiqamətində öz töhfəmizi vermək kimi unikal ruhani imtiyazımı xatırlayır. Bəlkə də buna görə Ümumdünya Ədalət Evi maariflənməyi hər bir Məhfilin “birbaşa və qaçılmaz məsuliyyəti” kimi müəyyən edir və “Əmrin bu cəhətində dostları maarifləndirməməyə”qarşı xəbərdarlıq edir.
Əmrin bu cəhətində dostların maarifləndirilməsindəki çatışmazlıq onları Allahın yolunda ianə verməkdən gələn ruhani bərəkətdən şüurlu şəkildə məhrum etməyə bərabərdir.
—Ümumdünya Ədalət Evi
Mən əminliklə bəyan edə bilərəm ki, heç bir Ruhani Məhfil “Allahın yolunda ianə verməkdən gələn ruhani bərəkətdən şüurlu şəkildə məhrum edilmiş” inananları görmək iztəməzdi. Bu səbəbdən, Ruhani Məhfillər dostlara təlim keçməkdə xəzinədarlara mane olan əngəlləri aradan qaldırmağa çalışmalıdır. Öz “birbaşa və qaçılmaz məsuliyyətinə” görə əndişələnən bir keçmiş xəzinədar kimi mən rast gəldiyim maneələrdən bir neçəsi barədə danışmaq üçün bülletenin bu buraxılışından istifadə etmək istərdim. Lakin, oxucu nəzərə almalıdır ki, mənim bu ruhani prinsiplər barədə anlayışım həmişə Bəhai yazılarında təyin edilmiş həqiqəti əks etdirməyə bilər.
Bu məqalənin əvvəlində deyildiyi kimi, xəzinədar üçün ən çətin vəzifə ruhani maariflənmə ilə məcburiyyət arasında incə sərhədi keçmək qorxusudur. Xəzinədar bu qorxunu nəzarətdə saxlamaq üçün səylər göstərməlidir, çünki bu, ona öz ruhani öhdəliyini yerinə yetirməyə mane ola bilər. Xəzinədarlar fikirlərini məcburiyyətdən qaçmağa cəmlədikdə, onlar üçün icma ilə ünsiyyətə girmək çətin olur və o dərəcədə çətin olur ki, onlar çox vaxt heç nə söyləməməyə və yalnız gəlirlər və xərclər barədə hesabat verməyə üstünlük verirlər. Bu, dostları və icmanı ruhani nemətlərdən məhrum edir. Lakin, dostlara müraciət üçün Həzrət Şövqi Əfəndi tərəfindən göstərilən fəsahətli çərçivəni nəzərə alsaq xəzinədarın hansı qorxusu qala bilər? O, dörd sadə prinsip təqdim etmişdir: dostlara çağırış “ümumi xarakterli” olmalı, “səliqəli ifadə olunmuş”, “ilhamverici” olmalı və “təmkinli tərzdə” edilməlidir.
...ümumi xarakterli, səliqəli ifadə olunmuş və təmkinli tərzə malik çağırışlar hər bir şəraitdə bəyənilsə də, [bununla belə] Əmrin təbliği üçün verilən ianənin təbiəti, miqdarı və məqsədi barədə qərar bütünlüklə hər bir inananın öz ixtiyarına buraxılmalıdır.
—Həzrət Şövqi Əfəndi
İcmaya məhəbbətlə, səmimi və Allaha təvəkküllə edilmiş çağırışlar üçün sözləri “səliqə ilə ifadə edən” xəzinədar, şübhəsiz ki, öz səylərinə görə xeyir-dua tapacaqdır. Fondla bağlı məsələlər üzrə dostların təlimi Məhfilin “birbaşa və qaçılmaz məsuliyyəti” olduğu halda, bu məsuliyyəti məhz xəzinədarın yerinə yetirməli olduğu barədə heç bir tələb mövcud deyildir; Ruhani Məhfil onun rəhbərliyi altında hərəkət edən başqa şəxsləri də təyin edə bilər. Həzrət Şövqi Əfəndinin və Ümumdünya Ədalət Evinin bu buraxılışda ifadə olnmuş sözləri inananlara Fond haqqında təlim üzrə məsuliyyətin yerinə yetirilməsində belə nümayəndələr üçün rəhbərlik ola bilər.
Dostların Əmrin Fondlarına ianə verməsi kimi müqəddəs öhdəliyinin nəticəsi hər bir Yerli və Milli Ruhani Məhfilin birbaşa və qaçılmaz məsuliyyətidir ki, onları Bəhai ianəsinə aid olan ruhani prinsiplər barədə maariflədirsinlər. Əmrin bu cəhətində dostların maarifləndirilməsindəki çatışmazlıq onları Allahın yolunda ianə verməkdən gələn ruhani bərəkətdən şüurlu şəkildə məhrum etməyə bərabərdir.
—Ümumdünya Ədalət Evi